“Bakı-2015”də iştirak edəcək ilk cüdo paralimpiyaçılarımız bəlli odu

06.12.2014 | 4003 dəfə oxunub

“Bakı-2015” ilk Avropa Oyunlarının cüdo proqramına salınmış paralimpiya yarışlarında Azərbaycanı iki idmançı təmsil edəcək.

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları çox mühüm hadisədir. “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın səyi nəticəsində oyunların cüdo yarışlarının proqramına paralimpiya yarışları da salınıb. Həmin proqramda iki çəki üzrə qadınlar və kişilər mübarizə aparacaqlar. Qadınlar 57 kiloqrama qədər, kişilər 100 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Bu yarışlar ümumi cüdo oyunları çərçivəsində keçiriləcək. Hər çəkidə 10-dan çox idmançı Avropa ölkələrini təmsil edəcək. Demək olar ki, bu yarışda ən güclü idmançılar mübarizə aparacaqlar. Bizim ölkəmizi isə qadınlar arasında son dünya çempionatının gümüş mükafatçısı Səbinə Abdullayeva təmsil edəcək.

Paralimpiya Komitəsinin prezidenti bildirib ki, Afina və Pekin Paralimpiya Oyunlarında iki qızıl medal, London Paralimpiya Oyunlarında isə bürünc medal qazanmış Azərbaycan idmançısı İlham Zəkiyev isə kişilərdən ibarət yarışda 100 kq-dan yuxarı çəkidə çıxış edəcək. Çox gərgin yarış gözlənilir. Bizim isə məqsədimiz yarışda qızıl medal qazanmaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail