"... özünü Prosineçkiyə göstərməyə çalışsın" - MÜSAHİBƏ
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin müsahibəsi
- Premyer Liqanın XV turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdiyiniz oyunun sizin üçün asan olduğunu demək olar?
- Öncədən bilirdik ki, ağır oyun olacaq. "Qəbələ" futbolçuları da yəqin bu cür düşünürdülər. Buna görə də oyuna çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, sonda 3 xalı qazanan tərəf biz olduq. Amma deyim ki, hesab böyük olsa da, bizim üçün rahat olmadı.
- Bu oyunun digərlərindən fərqi nədə oldu ki, 3 cavabsız qolla qələbə qazandız?
- Əslində, bu mövsüm yaxşı oyun sərgiləyirik. Sadəcə, gah bəxtimiz gətirmirdi, gah da qol imkanlarından istifadə edə bilmirdik. Məşqlərdə bu problemin həlli üçün çox çalışırıq. Bu gün çalışmağımızın bəhrəsini gördük. Hələ daha çox qol vura bilərdik. Əsas odu ki, istədiyimiz qələbəni qazana bildik.
- Yəqin ki, hesab sizin üçün gözlənilməz oldu...
- Bəli, etiraf edim ki, belə bir hesab gözləmirdim. Çünki güclü rəqibə qarşı oynayırdıq. Ev matçımız olsa da, Bakıda oynamaq bizim üçün çətindi. Buna baxmayaraq, azarkeşlər gəlib komandanı dəstəklədilər. Biz də onları sevindirməyə çalışdıq.
- Süni meydanda oynamağın nə kimi çətinliyi oldu?
- Əlbəttə ki, bunun çətinlikləri çoxdu. Həm öyrəşmədiyimiz süni meydanda oynadıq, həm də öz evimizdə deyildik. Meydan sahibi sayılsaq da, səfərdə idik. Bunu nəzərə alıb iki həftə süni meydanda hazırlıq keçdik.
- Meydan sahibi sayılsaz da, "Qəbələ" azarkeşləri çoxluq təşkil edirdi...
- Lənkəranda böyük azarkeş ordusu qarşısında oynayırıq. Bunun da oyunumuza çox müsbət təsiri olur. Ancaq yenə də azarkeşlərimiz bizi burda da yalnız buraxmadılar.
- Bu mövsüm oyunlarda nəticədən asılı olmayaraq, meydanda rahat futbol oynayırsız. Bu gün də həmin rahatlıq var idi. Oğuz Çətinin gəlişindən sonra nə dəyişdi?
- Oğuz Çətin futboldan həzz almağımızı, rahat oynamağımızı istəyir. Biz də onun tapşırıqlarını meydanda yerinə yetirməyə çalışırıq.
- Yığmanın baş məşqçisi Robert Prosineçki də oyunu izləyirdi. Meydana çıxanda bu amili nəzərə almışdız?
- Mən inanmıram ki, kimsə yığmanın baş məşqçisi oyunda olduğu üçün özünü göstərməyə çalışsın. Hamı meydana çıxanda yalnız qələbə barədə düşünür. Bizim üçün milli komandanın baş məşqçisinin gəlib-gəlməməsinin bir fərqi yoxdu. "Xəzər Lənkəran"ın formasında meydana çıxanda yalnız bu komandanın uğurunu düşünürük.
- Liderdən 10 xal geridəsiz. Çempionluğun çətin olduğunu dərk edirsiz?
- Niyə çətin olsun ki? Bütün oyunlarda qələbə qazansaq, liderə çatarıq. Biz hər matça 3 xal əldə etmək üçün çıxırıq. (apasport.az)
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |