"Bakcell Arena"da seminar

09.12.2014 | 2878 dəfə oxunub

"Bakcell Arena"da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib. Stadium.Az xəbər verir ki, UEFA-nın mətbuat üzrə nümayəndəsi Yuliya Zinkoviçin rəhbərliyi ilə keçirilən məşğələlərdə Topaz Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak edib.

Seminarda ilk olaraq AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış edib. Futbolun inkişafında və təbliğində mətbuatın böyük rolunun olduğunu qeyd edən E.Məmmədov seminarın proqramını iştirakçıların diqqətinə çatdırıb.

Yuliya Zinkoviç əsasən UEFA Çempionlar Liqası, Avropa Liqası və Avropa çempionatının seçmə mərhələsinin oyunlarında mətbuat xidməti əməkdaşlarının öhdəsinə düşən vəzifələr və jurnalistlərin fəaliyyəti barədə danışıb, mövzu ilə bağlı videoçarxlar və fotolar nümayiş etdirilib.

Seminar iştirakçıları bir neçə qrupa bölünərək müxtəlif mövzularda olan sualların düzgün cavabını müəyyənləşdirmək, tapşırığa uyğun ehtimal olunan problemlərdən ən optimal çıxış yolunu tapmaq üçün müzakirələr aparıb, yekunda hər qrupun bir təmsilçisi çıxış edərək qrupun gəldiyi ümumi qənaəti səsləndirib.

“Neftçi” PFK-nın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə və “Qarabağ” klubunda eyni vəzifədə çalışan Nurlan İbrahimov UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən oyunlarda mətbuatın fəaliyyəti üçün görülən təşkilati işlərlə bağlı təcrübələrini bölüşüblər.

Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub və xatirə şəkli çəkdirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail