Elmar Baxşıyev: "Bizim evdə hücumçular qızlarımdır" - MÜSAHİBƏ
“Gencaile.az” saytı yeni rubrikaya start verir: “11 sual”. Futbolda ən təhlükəli standart vəziyyət 11 metrlik zərbədir. Rubrika təhlükəli olmayacaq, amma 11 metrlik zərbə qədər həyəcanlı və maraqlı olacaq. Həmsöhbətimiz futbol üzrə Azərbaycan milli komandasının sabiq futbolçusu, karyerası ərzində “Neftçi”, “İnter”, “Qəbələ” kimi iddialı klubların formasını geymiş Elmar Baxşıyevdir. Stadium.Az həmin müsahibəni sizə təqdim edir:
- Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi?
- Anam mən bir yaşında ikən dünyasını dəyişdiyindən məni və digər iki qardaşımı nənəm saxlayıb. Hər iki qardaşım elm sahəsinə üstünlük verdiyindən nənəm mənim də onların yolu ilə getməyimi istəyirdi. Atamın futbolçu olmaq istəyimə yanaşması isə normal idi.
- Deməli, hər iki qardaşınız idmandan uzaqdır?
- Ailəmizdə idmanla yalnız mən məşğul olurdum. Dediyim kimi, hər iki qardaşım ali təhsil almağa üstünlük vermişdi. İndi biri Bakıda, biri isə ölkə xaricində yaşayır.
- Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?
- Yox, hər şey qarşılıqlı istək əsasında olduğundan bu cür problem yaşanmamışdı.
- Futbolçu əksər hallarda evdən uzaqda olur. Bu hal ailənizdə nə kimi problem yaradırdı?
- Elə ciddi problem yaşamamışam. Bunun pis tərəfi odur ki, adam övladlarının böyüdüyünü görmür. Məsələn, elə vaxtlar olurdu ki, evə gələndə balaca qızım məni tanımırdı.
- Dayaq yarımmüdafiəçisi olmuş Elmar Baxşıyev ailəsinin də dayağı ola bilirmi?
- İdeal ailə başçısı olduğumu iddia edə bilmərəm, amma mümkün qədər ailəm üçün hər şeyin ən yaxşısını etməyə çalışıram.
- Evdə necə, yarımmüdafiəçisiniz, yoxsa hücumçu?
- Bizim evdə hücumçular qızlarımdır (gülür – T.M.).
- Yeri gəlmişkən, neçə övladınız var?
- İki qız və bir oğul atasıyam.
- Maraqlıdır, oğlunuzun futbolçu olmasını istərdinizmi?
- Futbolçu olmaq istəyi özündə olmasa, mümkün deyil. Mənim arzulamağımla bu peşəyə yiyələnə bilməz.
- Futbolçulardan kimlərlə ailəvi münasibətiniz var?
- Karyerasını başa vuranlardan Zaur Həşimovla, hazırda futbolçu həyatını davam etdirənlərdən isə “Neftçi”nin şərəfini qoruyan Mirhüseyn Seyidov və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevlə ailəvi münasibətlərimiz var.
- Uşaqlıq dostlarınızdan necə, kimlərləsə hələ də dostluq münasibətləriniz qalırmı?
- Bəli, elə dostlarım var ki, uşaq yaşlarında qurulan dostluq münasibətlərimiz hələ də davam edir.
- Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.
- Uşaq futbolunda maraqlı bir hadisə yaşanmışdı. Yoldaşlıq oyunu zamanı rəqib azlıqda qalsa da, bizdən çox üstün oyanyırdı. Qarşılaşmanın gedişində təsadüfən rəqibin heyətindəki oyunçu sayına nəzər yetirəndə qarşı tərəfin 12 futbolçu ilə çıxış etdiyini görmüşdük.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |