Rəşad Sadıqov: "Bizi az problem gözləmir"

09.12.2014 | 3438 dəfə oxunub

"Çox çətin oyun olacaq. İtaliya çempionatında mübarizə aparmağın necə çətin olduğunu hamı yaxşı bilir. Bu mənada, italyan klubu ilə beynəlxalq matçda qarşılaşmaq bizim üçün xəyal idi”.

Stadium.Az xəbər verir ki,bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. Avropa Liqasının "İnter"lə oyunundan öncə UEFA-nın rəsmi saytına danışan 32 yaşlı müdafiəçi italyanların Bakıya ikinci heyətlə gəlməsinə toxunub.

"Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.  İnformasiya yayılıb ki, Roberto Mançini əsas oyunçuları Bakıya gətirməyəcək. Bunun xeyrimizə olduğuna əmin deyiləm. Çempionatda oynamaq şansı əldə etməyən gənclər baş məşqçinin inamını qazanmaq üçün əllərindən gələni edəcəklər. Bu isə onu göstərir ki, bizi az problem gözləmir”. 

Sadıqov heyətdə zədəli futbolçuların çox olmasından gileylənsə də, nikbin danışıb: "Aparıcı oyunçularımızın yoxluğunda məqsədə çatmalıyıq. Üç braziliyalı oyunçumuz zədəlidi. İnnosent Emeqara isə Avroliqanın qrup oyunları üçün qeydiyyatdan keçirilməyib. Buna baxmayaraq, biz doğma azarkeşlərimiz və mətbuatımızın önündə oynayacağıq. Qısası, böyük məsuliyyət daşıyırıq. Səbirli olmalı, Allahın bizə kömək edəcəyinə ümid etməliyik". 

Sadıqov "İnter"lə oyunun unudulmaz olacağını hesab edir: "Təbii ki, bu görüş bizim üçün xüsusidi. Amma millinin heyətində daha böyük oyunlar keçiririk. “Pley-off”da “Tvente” ilə keçirdiyimiz oyun da vacib idi. Karyeram ərzində bundan da vacib görüşlər keçirmişəm. Ancaq “İnter”lə oyunun da unudulmaz olacağına inanıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail