Oğuz Çətin: “Bakı” çox təhlükəli komandadır“ - MÜSAHİBƏ

14.12.2014 | 4111 dəfə oxunub

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin Stadium.Az saytına müsahibəsi:

- Komandada vəziyyət necədi?

- Hər şey qaydasındadı. Bütün diqqətimizi qarşıdakı üç oyuna yönəltmişik. Fikrimiz maksimum xal qazanıb, qış fasiləsinə yüksək ab-havada getməkdi.

- Bu gün “Bakı”yla oyununuz var. Nə deyə bilərsiz?

- Kənardan baxanlara “Bakı”yla oyun asan gələ bilər. Ancaq “Bakı” çox təhlükəli komandadır. Onlarda Nuran Qurbanov, Nurlan Novruzov, Jaba kimi önə oynayan təhlükəli futbolçular var. Bu komandanı asan rəqib saymaq olmaz. Mən komandama inanıram, ancaq qarşılaşmanın çətin keçəcəyin demək olar. Baxmayaraq ki, bu komandanı ilk dövrəqə fərqli hesabla məğlub etmişik.

- Heyətlə bağlı sıxıntılarınız varmı?

- Bu barədə danışmaq istəmirəm. Ancaq Rauf Əliyevlə Skarlatake zədə səbəbindən, Rasim Rmaldanovla Rahid Əmirquliyev isə cəzalı duruma düşdükləri üçün meydana çıxmayacaqlar. Bu futbolçuların olmaması bizim üçün böyük itkidir.

- Qışda heyətə hansı mövqelərə futbolçu almaq fikrindəsiz?

- Bu barədə danışmaq hələ tezdi. Çünki bütün fikirlərimiz qarşıdakı üç oyuna yönəlib. Ancaq müdafiənin mərkəzinə və hücum xəttinə futbolçu almağı planlaşdırırıq. Çüni bu mövqelərdə axsamalar var. Bunları həll edə bilsək, komanda daha yaxşı təsir bağışlayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail