"Qəbələ" "Neftçi"yə rəqib oldu

28.12.2014 | 3581 dəfə oxunub

"Qəbələ” Futbol Akademiyasının komandaları ötən həftə ərzində növbəti oyunlarını keçirib. Stadium.az xəbər verir ki, müxtəlif yarışlarda baş tutan qarşılaşmalarda "qırmızı-qaralar” 4 qələbə qazanıb. U-17 kubokunda 1/4 finalın cavab oyununda "Qarabağ”ın qonağı olan "Qəbələ” evdə məğlub etmədiyi (1:1) rəqibini səfərdə böyük hesabla üstələyib – 4:1. Yarımfinala yüksələn komanda 2015-ci ildə "Neftçi” ilə üz-üzə gələcək.

U-19 komandası səfərdə "Xəzər Lənkəran”a qalib gəlib – 3:1. 12 matçda 23 xal toplayan komanda hazırda 4-cü pillədə qərarlaşıb. İlin son matçında "Sumqayıt”la görüşəcək "Qəbələ” XV turda evdə oynayacaq. U-16 "Rəvan”a 4:1 hesabı ilə qalib gəlib. 12 oyundan sonra 31 xal toplayan "qırmızı-qaralar” qış fasiləsinə 2-ci pillədə yollanıb. U-15 2014-cü ilə "Simurq” üzərində böyükhesablı qələbə ilə yekun vurub – 8:1. 12 matçda 29 xal toplayan komanda fasiləyə lider kimi çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail