Antalyada 44-cü sınaq

10.01.2015 | 3808 dəfə oxunub

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını davam etdirən “Qəbələ”  bu gün 2015-ci ilin ilk sınağına çıxacaq. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “Qırmızı-qaralar” yeni ildə ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə görüşəcək. İlk dəfə baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxacaq “Qəbələ” ümumilikdə 68-ci beynəlxalq oyununda gücünü sınayacaq.

İndiyədək baş tutan oyunlardan ikisi rəsmi xarakter daşıyıbsa, 65-i yoxlama xarakterli olub. Avropa Liqasındakı iki matçı nəzərə almasaq, komanda beynəlxalq matçlarda 28 qələbə qazanıb, 13 heç-heçə edib, 14 dəfə uduzub. Xarici komandaların qapılarından 95 qol keçirən “Qəbələ” 73 top buraxıb.

2 beynəlxalq yoxlama oyununu Qəbələdə keçirən “qırmızı-qaralar” ölkə xarici toplanışlarda 63 belə matça çıxıb. 28 qələbə və 22 məğlubiyyəti olan komanda 13 dəfə bərabərliklə kifayətlənib. 94 dəfə qol sevinci yaşayan “Qəbələ” 69 top buraxıb.

Bu matçlar 5 müxtəlif ölkədə keçirilib. Türkiyədə 10, Sloveniyada 2, İngiltərə, Avstriya və Hollandiyanın hərəsində 1 toplanışda olan “Qəbələ” 11-ci dəfə qonşu ölkədə hazırlıq keçir. Antalyada 43 beynəlxalq matça çıxan “qırmızı-qaralar” 18 qələbə qazanıb, 12 heç-heçə edib, 13 dəfə uduzub. Həmin görüşlərdə top fərqi 68-51-dir. Türkiyədə 44-cü beynəlxalq sınağadək “Qəbələ” qardaş ölkədə Azərbaycan təmsilçisi ilə də 2 dəfə üz-üzə gəlib. Həmin vaxt Neftçi” ilə 2 görüş baş tutub.

Komanda indiyədək PSV ilə qarşılaşmasa da, Hollandiya klubları ilə əvvəllər də üz-üzə gəlib. 2014-cü ilin yayında Hollandiyada hazırlıq keçəndə 3 yerli klubla üz-üzə gəlmişdi. “Arnem”i 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” “Alkmaar”a 0:2, “Herenven”ə 0:1 hesabı ilə yenilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail