“Azərbaycan millisinin Sankt-Peterburqdakı turnirin tarixi ərzində ən yaxşı nəticəsinə imza atdıq"
“Bizim üçün oyunun sonu uğurlu alındı. Gərgin oyun keçdi. Rəqib də yaxşı mübarizə apardı”. Stadium.az xəbər verir ki, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə beşinci yer uğrunda Belarusla oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.
Alman məşqçi komandası yaradılan şəraitə görə AFFA rəhbərliyinə minnətdarlıq edib: “Azərbaycan millisinin Sankt-Peterburqdakı turnirin tarixi ərzində ən yaxşı nəticəsinə imza atdıq. Buna görə futbolçularıma, məşqçilər korpusuna, AFFA rəhbərliyinə minnətdaram. Onlar yaxşı nəticə qazanmağımız üçün hər bir şərait yaratdılar. Bizi burada dəstəkləyən azarkeşləri də unutmaq olmaz. Futbolçularım turnir boyu ürəklərini meydanda qoydular”.
Adam oyunun sonunda qapıçı dəyişikliyi etməsinə də münasibət bildirib: “Sərəncamımda iki yaxşı qapıçı var. Ötən il də burada qapıçı dəyişikliyi etmişdik və bu, bizə uğur gətirmişdi. Bu gün də eyni addımı atdıq. Ümumiyyətlə, meydana buraxdığım qapıçı penaltilər seriyasında usta sayılır. Bütün bunlarda komandamızın qapıçılarla işləyən məşqçisinin də böyük rolu var. Onu 4 ildir tanıyıram. Daim öz üzərində çalışır. Geridə qalan müddətdə bütün seminarlara qatılıb”. (futbolxeber.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |