"Hələ 2012-ci ildə 16 yaşım olanda "Qəbələ”nin əsas heyətinə cəlb olunmuşdum"

13.01.2015 | 4096 dəfə oxunub

Qış fasiləsində hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ”nin təlim-məşq toplanışında klubun futbol akademiyasının 5 yetirməsi də iştirak edir. Stadium.az klubun saytına istinadən xəbər verir ki, onlardan biri Elnur Mustafazadədir. Bu il 20 yaşını qeyd edəcək yarımmüdafiəçi artıq klubun tarixinə düşməyi bacarıb. Belə ki, o, "Qəbələ”nin tarixində rəsmi matçlarda meydana çıxan ən gənc futbolçudur. 2011/12 mövsümündə 2012-ci il aprelin 29-da "Bakı” ilə ev matçının (4:0) 73-cü dəqiqəsində Dodonu əvəzləyən yarımmüdafiəçi 16 yaş 7 ay 25 günlüyündə əsas komandada debüt etmişdi:

"Hələ 2012-ci ildə 16 yaşım olanda "Qəbələ”nin əsas heyətinə cəlb olunmuşdum. Onda komandanın baş məşqçisi Fatih Kavlak idi. Ondan sonra əsas komandadan ayrı düşsəm də, məşqlərdə çalışıb, əvəzedici və U-19 komandasının oyunlarında özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. İnanırdım ki, yenidən əsas komandaya qayıdacam. Qış təlim-məşq toplanışı öncəsi məşqçimiz dedi ki, əvəzedici heyətin 5 üzvü də əsas komandanın hazırlıqlarına qatılacaq. Özümə güvəndiyimdən bu oyunçular arasında yer alacağımı bilirdim”.

Debüt oyunundan sonra əsas komandada oynamaq imkanı qazanmayan Mustafazadə yenidən "qırmızı-qaralar”ın uğurları üçün çalışmağa hazırdır. Əvəzedici heyətdə göstərdiyi oyunla özünü yaxşı tərəfdən göstərən futbolçu əsas komandada möhkəmlənməyinin özündən asılı olduğunu da yaxşı başa düşür:

"Əsas komandada möhkəmlənməyim özümdən asılıdır. Özümü yaxşı tərəfdən göstərsəm, burada qala bilərəm. Bunun üçün də əlimdən gələni edəcəyəm. Çox istəyirəm ki, "Qəbələ”nin uğur qazanması üçün çalışmaq imkanı əldə edim. Əsas komandada özümü rahat hiss edirəm, heç bir çətinlik yoxdur. Çünki gənclərin hamısı akademiyadan tanıdığım futbolçulardır. Daha təcrübəlilər isə biz gənclərə dəstək olur, kömək edirlər. Yeni baş məşqçimiz Roman Qriqorçuk haqda yalnız onu deyə bilərəm ki, gənclərə xüsusi diqqət yetirir. Bizim çalışmaları izləyir, hər səhvimizi, çatışmazlığı deyir, bunu aradan qaldırmaq üçün məsləhətləri ilə bizə dəstək olur”.
Qeyd edək ki, Elnur əvəzedicilərin çempionatında mövsümün ilk yarısında 8 oyun keçirib, 3 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail