Robert Prosineçki: "Azərbaycanda ən böyük klublar "Qarabağ” və "Neftçi”dir"

20.01.2015 | 4056 dəfə oxunub

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Antalyada olan klublarımızın təlim-məşq hazırlıqlarını izləyir. Stadium.az xəbər verir ki, baş məşqçimiz xorvatiyalı jurnalistlərin suallarını cavablandırıb:

"Azərbaycanın 6 komandası Antalyada təlim-məşq toplanışındadı.  Ən böyük klublar "Qarabağ” və "Neftçi”sayılır. Bir neçə gündü Antalyada milliyə namizəd oyunçuları izləyirəm. Bundan əlavə, aşağı yaş qrupları üzrə milliləri də diqqətdə saxlayıram. Fevralda 6 günlük toplanışımız olacaq. Çox vaxtımız yoxdu. Martın 28-də bizi Malta ilə seçmə mərhələnin oyunu gözləyir. Həmin matçdan yaxşı nəticə ilə ayrılmalıyıq. Azərbaycan millisinin böyük potensialı var. Xüsusilə aşağı yaş qrupları üzrə yığmalarda bunu asanlıqla sezmək olur. İş hər yerdə işdi. Buna görə də, Azərbaycanda çalışdığımı böyütmək lazım deyil. İndiki vəziyyətdə əsas vəzifəmiz bu seçmə mərhələnin növbəti oyunlarından yaxşı nəticə ilə ayrılmaqdı. DÇ-2018-nin təsnifat mərhələsində isə qrupun ən yaxşılarından olmağa çalışacağıq”.
"Azərbaycan yığması yaxın zamanlarda qitə və dünya çempionatlarının final mərhələsinə vəsiqə əldə edə biləcəkmi?” sualına xorvatiyalı mütəxəssis belə cavab verib: "Biz böyük işlər görmək istəyirik. Azərbaycanda istedadlı gənc futbolçular var. Amma çox iş görmək lazımdı. Gəlişimdən sonra hər şeyin əla olacağını deyə bilmərəm. Lakin ən pis halda, daha yaxşı oyun göstərməyə çalışacağıq. Azərbaycan haqda təəssüratlarım əladı. İdmana böyük investisiyalar qoyulur, xüsusilə də futbola. İnfrastruktur da yaxşı vəziyyətdədi. Bütün bu imkanların qarşılığında elə futbolçu nəsli yetişdirmək lazımdı ki, böyük turnirlərə vəsiqə qazanmaq üçün oynasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail