xəbər verir ki, təcrübəli mütəxəssis bir çox maraqlı məqamlara toxunub.
"3-cü turda çox güclü bir rəqiblə qarşılaşdıq. Bu həmin "İnter"di ki, altı ay əvvəl Moskvada keçirilən Birlik Kubokunda bütün rəqiblərinə qalib gələrək MDB çempionu tituluna sahib çıxıb. Həmin vaxt biz onların qələbəsindən fərəhlənir, oyunlarından zövq alırdıq.
Bizə qarşı oynayan "İnter"ə gəldikdə isə, bizim qarşımıza komanda oyunu oynayan, bir-birlərini yaxşı başa düşən, sözün yaxşı mənasında acıqlı bir komanda çıxmışdı. Ümumilikdə biz onlardan yaxşı oynadıq. Ancaq yenə də hücum xəttimizin dişsizliyi diqqət çəkdi. Hücumçularımız qollar vurmalıdırlar, ancaq onu da qeyd edim ki, "İnter"in müdafiə xətti olduqca inamlı oynayırdı. Biz oyun boyu təzyiqi artırırdıq ki, bu da qarşılaşmanın sonlarında öz bəhrəsini verdi. Rəqibin əsəbləri davam gətirmədi və onlar səhvə yol verdilər.
Oyuna sonradan daxil olan futbolçular da öz işlərini gördülər. Biz damla-damla əldə etdiyimiz üstünlüyü sonda reallaşdıra bildik. Azarkeşlərimizin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Onlar bizi ilk dəqiqədən sonadək dəstəklədilər. Bu, bizim köməyimizə gəldi. "Simurq"la uğursuz oyundan sonra komandada gərginlik var idi. "İnter"lə oyundan sonra bu mənfi amil aradan qalxdı.
Gərginlik nədən yaranır? Mən bir məçqçi kimi eyforiya anları və gərginlikdə kimin özünü necə hiss elədiyini müşahidə edirəm. Mən Elvin Əliyev, İbrahim Karqbo və yaxud Uinston Parksı deyə bilmərəm, ancaq mənim yaxşı tanıdığım futbolçular, məsələn, Maris Verpakovski barədə müəyyən fikirlər söyləyə bilərəm. Biz komanda olaraq bu insanların bir-birləri ilə vəhdət təşkil etməsinə çalışırıq.
Gərginlik var idi, ancaq indi görürəm ki, kollektivdə əhval-ruhiyyə yüksəlib. Kimin yaxşı və yaxud pis oynaması söhbət mövzusu deyil.
"İnter" yaxşı təşkilatlanmış komandadır. Burada baş məçqçinin işi görünür. Güclü motivasiya ilə oynayırlar. Tsxadadzeyə bir həmkar kimi təəssüfümü bildirirəm. Həqiqətən də, bu komandaya və həmkarıma hörmətlə yanaşıram. Bizim hər birimiz onun yerində ola bilərdi. "İnter"lə oyunda güclü tərəf biz idik və bunun nəticəsini də gördük. Gələcəkdə onlara uğurlar arzulayıram.
Bizim oyunumuz hələ çiydi. Futbolçularımız arasında əlaqə zəifdi. Juniora gəldikdə, o cəmi 2-3 gündü ki, komanda ilə birlikdədi. Bu futbolçunu əvvəldən izləmişdik, mən onu izləmək üçün keçmiş klubunun oyunlarına baxmışam. "İnter"lə oyunda meydana çıxdıqdan sonra komandanın oyununu gücləndirdi. Mənə elə gəlir ki, qarşıdakı oyunlarda Junior bir çox müsbət cəhətlərini göstərəcək. Tək texnikalı və sürətli olmaq bəs etmir, həm də psixoloji cəhətdən güclü olmalısan. Ümid edirəm ki, onun oyun səviyyəsi daha da artacaq.
Növbəti oyunumuza ciddi hazırlaşırıq. "Kəpəz" nə "Simurq" nə də "İnter" deyil. Bu, özünəməxsus bir fubol oynayan komandadı. Biz onların oyunlarını izləyib, analiz edirik. Zəif və güclü tərəflərini öyrənirik. Bununla belə əsas məsələ bizim futbolçuların necə oynamasıdı. Xətlər arasındakı rabitə, xüsusən də, hücumçularımızın anlaşması üçün hələ çox işləməliyik.
Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Hələ çox oynularda sürprizlər ola bilər. Biz buna hazır olmalıyıq. Hər bir oyuna maksimum diqqətlə çıxmalıyıq. İstəməzdim ki, sürpriz nəticələr bizim oyunlara təsadüf etsin. Öz oyunumuzla bunun qarşısını almalıyıq. "Kəpəz"lə oyuna qələbə üçün çıxırıq. Bunun məsuliyyətini anlamaq lazımdı.
Azarkeşlərimizə bir daha təşəkkür edirəm və onları stadiona dəvət edirəm. Onların dəstəyi bizə güc verir, komandanın tərəfdarlarının dəstəyinə ehtiyacı var”.