Elxan Məmmədov: "Səmədovla bağlı qərarı Dik Advokat verməlidir"
Rusiya Premyer-liqasında çıxış edən həmyerlilərimizin Azərbaycan millisində çıxışı son günlərin ən aktual mövzusudur. Stadium.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu gün verdiyi müsahibədə bu mövzuya toxunub. “Dinamo” (Moskva) klubunda çıxış edən Aleksandr Səmədovun Azərbaycan yığmasında çıxış edəcəyi də yenidən gündəmə gəlib. Belə məqamda Rusiya Futbol İttifaqının erməni əsilli birinci vitse-prezidenti Nikita Simonyan yerli mətbuata açıqlaması diqqət çəkib. Simonyan məhz onun tövsiyyəsi ilə Səmədovun Azərbaycan yığmasının dəvətini qəbul etmədiyini deyib. “Bütün hallarda mən ona məsləhət görərdim ki, Azərbaycan millisində oynamaq təklifini qəbul etməsin”- bu sözləri Simonyan Emin Mahmudov haqqında deyib. Elxan Məmmədov bu məsələylə bağlı da fikirlərini bölüşüb. - Yəqin ki, Nikita Simonyanın Rusiya mətbuatında dedikləri haqqında məlumatlısınız... - Axı Simonyanın belə açıqlamaları bir növ təzyiq kimi qəbul oluna bilər. Səmədov və Mahmudov Azərbaycan millisində çıxış etsələr Rusiyada legioner sayılacaqlar... - Sizin Rusiyaya səfəriniz qonşu ölkənin futbol adamlarını hərəkətə gətirib. Bizim futbolçuları əldən vermək istəmirlər? - Aleksandr Səmədov əvvəllər Azərbaycanda olub. Onun yenidən təklifi qəbul etməməsi nə ilə bağlıdır. Bəlkə hər hansı xoşagəlməz olay baş verib?
- Əlbəttə məlumatlıyam. Nikita Simonyanın mövqeyi aydındır. Onlar istəyirdilər ki, Aleksandr Səmədov Rusiya yığmasında çıxış etsin. Ancaq 7 il arxada qalsa da, Səmədov gözlənilən dəvəti almadı. Simonyanın müsahibəsini oxumuşam və Emin Mahmudovla bağlı təzadlı fikirlərə rast gəlmişəm.
- Hə, elədir. Mənə elə gəlir ki, onları narahat edən əsas məsələlərdən biri də məhz legioner limiti ilə bağlıdır. Emin Mahmudov yerli futbolçu statusu ilə heyətə düşməkdə çətinlik çəkirsə, legioner kimi ona daha çətin olacaq. Səmədov isə hələ də Rusiya yığmasından dəvət alacağına ümid edir.
- Mənim Rusiya səfərimə qonşu ölkə mətbuatında düzgün qiymət verilməyib. Mən yenə deyirəm, biz heç kimə yalvarmırıq ki, milliyə gəlsin. Biz deyirik ki, millimizin qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Onsuzda bir futbolçu ilə millinin çıxışında köklü heç nə dəyişə bilməz.
- Aleksandr Səmədov 2004-cü ildə Gürcüstanla baş tutmayan yoldaşlıq oyununa gəlmişdi. Ona da bu sualı vermişik, o zaman AFFA-da işləyənlərlə də maraqlanmışıq. Ancaq bunun səbəbini açıqlayan olmadı. Emin Mahmudov 2004-cü ildə Bakıda keçirilən U-15 milli komandamızın 10 günlük təlim-məşq toplanışında iştirak edib. O vaxt “Saturn”da çıxış edən 13 yaşlı Emini milliyə Nazim Süleymanov gətirmişdi. Onda U-15-ə Mirbağır İsayev başçılıq edirdi. Bu günə qədər Səmədovla Mahmudovun Azərbaycana gəldikləri zaman nə yaşadıqları sirr kimi qalır.
- Bu futbolçularla bağlı vəziyyətə nə vaxt aydınlıq gələcək?
- Səmədovla bağlı qərarı Dik Advokat verməlidir. Artıq 7 il keçib, dəvət yoxdur. Səmədovun artıq 28 yaşı var. Məncə, qərar vermək zamanıdır. Bir azərbaycanlı kimi Emin Mahmudovu da millimizdə görmək istəyirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |