Ruslan Abışov: "Əslində, biz futbol oynamağı bacarırıq, amma.."

27.08.2011 | 4378 dəfə oxunub

“Milli komandanın növbəti təlim-məşq toplanışı oldu. Hazırlıq qısa müddəti əhatə etsə də, biz çox iş həyata keçirə bildik. Güclü və zəif tərəfimizi gördük". Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının və “Neftçi”nin futbolçusu Ruslan Abışov deyib.

24 yaşlı müdafiəçi seçmə oyunlar öncəsi geniş danışmaq istəməyib. O, bununla ictimai qınaqdan qaçmaq fikrindədir: “Düzü, seçmə mərhələnin oyunlarına ciddi hazırlaşmışıq. Həm klubda, həm də yığmada buna böyük diqqət ayrılır. "Neftçi" futbolçusunun millidə uğurlu çıxış etməsini istəyir. Açığı, seçmə oyunlar öncəsi geniş danışmaq istəmirəm. Danışıb, Allah eləməmiş nəticə qazana bilməyəndən sonra deyirlər ki, bunlar danışmaqdan başqa heç nə bilmirlər. Əslində, biz futbol oynamağı bacarırıq. Amma bəzən bəxtsizlik baş verir. Odur ki, seçmə mərhələsinin oyunlarından öncə geniş fikir bildirmək istəmirəm. Fikrimi yalnız oyunlara yönəltdiyim üçün, sadəcə, bu məsələlər barədə qısa fikir bildirmək niyyətindəyəm". 

Abışov bildirib ki, yığmamızın məqsədi sentyabrın 2-də Belçika, 4 gün sonra Qazaxıstanla oyunlarında maksimum nəticə qazanmaqdır: "Azərbaycan millisi üçün hər bir oyun böyük əhəmiyyət kəsb edir. Çünki bizim qrupdakı yerimiz yaxşı deyil. Hər bir xal bizə hava-su kimi lazımdır. İndi konkret deyə bilmərəm ki, biz hər iki oyunda qələbə qazanacağıq. Sadəcə, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Çox əminliklə danışmaq olmaz. Bildiyiniz kimi, Belçika zəif komanda deyil. Əlbəttə ki, biz onları məğlub etməyi əsas hədəf kimi seçmişik. Amma ən azından 1 xal da pis nəticə olmaz".
 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail