"Xəzər Lənkəran" xal itirsə də, turu lider kimi başa vurdu

"Qarabağ" "Qəbələ"yə uduzdu, "Neftçi" və "Bakı"dan biabırçı məğlubiyyət

27.08.2011 | 5716 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. Stadium.az xəbər verir ki, futbolçuları milli komandanın heyətinə yollanan “Sumqayıt Şəhər”in “İnter”lə görüşü təxirə salındığından, turun bütün oyunları baş tutmayacaq. Yerdə qalan 5 matçdan 4-ü bu gün, yalnız 1-i isə sabah keçiriləcək.
Turnir cədvəlinin lideri “Xəzər Lənkəran” yenidən Bakıya səfər edib Mərdəkanda “Rəvan”ın qonağı olacaq. Mirça Rednikin çalışdırdığı komandanın qələbə seriyasını 1 xalı olan debütantla görüşdə də davam etdirəcəyi real görünür. “Xəzər Lənkəran”a yığmaların oyunları ilə əlaqədar Premyer Liqada yaranacaq 2 həftəlik fasiləyə lider kimi yollanmaq üçün 1 xal da kifayətdir.
Lənkəran klubunun ən yaxın izləyiciləri “Qarabağ”la “Neftçi”nin oyunları turun mərkəzi görüşləri sayıla bilər. Ağdamlılar “Qəbələ”, “ağ-qaralar” AZAL-la qarşılaşacaq. “Neftçi” ilə “Qarabağ”ın ən yaxın izləyicisi olan “Bakı” isə “Kəpəz”in qəbul edəcək. Mövsümün startından 3 tur keçsə də hələ də qol vura bilməyən “zolaqlılar” bu sindromu qırmağa çalışacaq. Belə ki, “Bakı” əldə etdiyi 2 penalti imkanını da qola çevrə bilməyib və hesabında olan 3 top da texniki nəticə kimi verilib.

27 avqust

17:30. “Qarabağ” – “Qəbələ”  0:1

Qol: Viktor Mendi, 37

Qırmızı vərəqə: Rəşad Sadiqov, 90+1 (ikinci sarı/qırmızı vərəqə)


Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov
Ağdam. Quzanlı Olimpiya İdman Kompleksinin stadionu

18:00. “Bakı” – “Kəpəz” 0:3

QollarSabir Allahquliyev, 23. Yuri Fomenko, 27, 40


Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

19:00. AZAL – “Neftçi” 3:1

Qol: Elşən Məmmədov, 42, 71Ervin Bulku, 55 - Slavço Georgiyevski, 57


Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu

20:00. “Rəvan” – “Xəzər Lənkəran” 1:1

Qol: Reis Klaudinei, 34 - Katalin Doman, 53


Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev
Bakı. Mərdəkan qəsəbəsindəki “Dalğa Arena” stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail