Əsgər Abdullayev: "Səmədov Azərbaycan yığmasını seçmədiyi üçün peşmandır"

27.08.2011 | 7088 dəfə oxunub

Moskva "Spartak"ının şərəfini qoruyan Aleksandr Səmədov 2003-cü ildə Azərbaycan yığma komandasına çağırıldı. Əsgər Abdullayevin başçılığı altında AÇ-2004-ün seçm mərhələsində Finlandiya millisi ilə matçöncəsi yığmamız yoldaşlıq görüşü keçirməli idi. O zaman AFFA prezidenti olan Fuad Musayevin cəhdlərinə baxmayaraq, millimizə rəqib tapılmadı. Belədə, U-21 yığmamızla yoxlama matçı keçirən əsas komandanın heyətində Aleksandr Səmədov da debüt etdi. Rəsmi qarşılaşma olmadığı üçün Səmədovun yığmamızda gələcək taleyi müəyyənləşmədi.

AFFA-nın baş katibi Elxan Məmmədovun futbolçuların Azərbaycanda nə yaşadığının sirr kimi qaldığını deməsi maraq doğuran bir haldır. Bu sirri açmaq üçün milli komandanın sabiq baş məşqçisi Əsgər Abdullayevlə əlaqə saxladıq. Yayda "Turan"ın baş məşqçi postuna keçən Abdullayev açıqlamasında həmin vaxt Səmədovun millidə oynamamasına bu cür aydınlıq gətirdi:

"Mən millidə işləyən dövrdə keçmiş federasiya rəhbəri ilə məsləhətləşib onu Azərbaycana dəvət etdik. Finlandiya ilə oyun öncəsi yığma komanda yoldaşlıq matçı keçirməli idi. Elə alındı ki, rəqib tapılmadı. Məcburiyyət qarşısında qalıb gənclərlə yoxlama matçı keçirdik. Həmin oyunda Səmədovu yoxladıq. Bu da rəsmi oyun olmadığı üçün Səmədovun məsələsi Finlandiya ilə rəsmi oyuna qaldı. Əslində bu futbolçu komandaya lazım idi. Sadəcə Rusiya vətəndaşı olduğu üçün onu milliləşdirmək lazım idi. Finlandiya ilə oyuna qədər sənədləşmə həll edilməli idi. Həmin vaxt AFFA rəhbərliyi İdman Nazirliyinə müraciət etdi. Futbolçunun Azərbaycan vətəndaşlığını qəbul etməsi üçün sənədlər hazırlandığı zaman Rusiya Futbol İttifaqından belə bir məktub gəldi ki, Səmədov Rusiyanın U-21 millisinə çağırılıb. Sonra futbolçunun özü ilə əlaqə saxladıq və Səmədov Azərbaycan yığmasında oynamaq istəmədiyini bildirdi.

O ki qaldı mənim onu bəyənməməyimə, belə bir şey olmayıb. Əgər elə olsaydı, onu Rusiyadan çağırmazdım. Ondan sonra hər bir açıqlamasında Azərbaycan millisində oynamaq istəmədiyini dedi. Futbolçu seçimini artıq o vaxt etmişdi. Bəlkə də indi Rusiya millisinə çağırılmadığına görə Azərbaycanı seçmədiyi üçün peşmandır. Ancaq Səmədovun millimizdə oynamamasında mənim heç bir günahım yoxdur".

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail