"Xəzər Lənkəran" - "Neftçi" oyununun tarixi dəyişdirildi
27.08.2011 | 5135 dəfə oxunub
Azərbaycan Premyer Liqasının 5-ci turunda keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" matçının tarixi və başlanma saatı dəyişdirilib.
Çempionatın təqvimində qeyd olunduğu kimi sentyabrın 11-ə nəzərdə tutulan "Böyük oyun" bir gün əvvələ çəkilib. Sentyabrın 10-da keçiriləcək turun mərkəzi oyunu saat 20:00-da başlanacaq.
"Matçların vaxtları üst-üstə düşdüyü üçün oyunun televiziya vasitəsi ilə canlı yayımlanmasında problem yaranıb. Ona görə də oyunun 1 gün əvvələ salınması üçün "Neftçi" rəhbərliyi ilə razılığa gəldik. PFL-ə də bu barədə məktubla müraciət etdik və qurum rəhbəri təqvimdə dəyişiklik edilməsinə icazə verdi".
Klub rəsmisi "Fırtınalar meydanı"nın ot örtüyünün durumuna da aydınlıq gətirib: "Həmin oyuna qədər meydançanın ot örtüyü normal vəziyyətdə gətiriləcək. Artıq bolqar mütəxəssislər də bunun üçün iş görürlər. Demək olar ki, sentyabrın 10-a qədər qazon yararlı vəziyyətdə olacaq. Orada işlər qızğın gedir. Çalışırıq ki, "Neftçi" ilə oyuna qədər hər şey qaydasında olsun".