Qurban Qurbanov: "Futbolçularım belə davranmamalı idilər"

27.08.2011 | 4672 dəfə oxunub

“Birinci növbədə “Qəbələ”ni təbrik edirəm. Meydançanın vəziyyəti komandaların öz oyunlarını göstərmələrinə mane oldu”. Stadium.az xəbər verir ki, bu fikirləri “Qəbələ” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 
Gənc mütəxəssis komandanın oyunundan razı qalsa da, futbolçularının hərəkətindən narazılığını gizlətməyib.
“Meydanda gedən mübarizədən razı qaldım. Hər iki komanda sonadək oynadı. Ancaq mənim narazı qaldığım iki məqam oldu. Hər ikisi futbolçuların davranışı ilə bağlı idi. Birincisi, Adamiyanın heç bir səbəb olmadan topa əlini uzadıb, sarı vərəqə alması, ikincisi isə komandanın kapitanı Rəşad Sadiqovun 90-cı dəqiqədə qırmızı vərəqə görməsi. 
Halbuki həmin epizodlarda bu cür hərəkətlərə heç bir lüzum yox idi. Mən hər zaman futbolçulara belə davranmamağı deyirən. Çünki peşəkar oyunçular belə şeylərə yol verməməlidilər” – deyə, Qurbanov bildirib. 
Qarşıdakı oyunlara dasha ciddi hazırlaşacaqlarını deyən Qurbanov yerli azarkeşlərə də minnətdarlıq edib: “Bundan sonra çempionata ciddi hazırlaşıb, yaxşı nəticələr qazanmalıyıq. Azarkeşlərə komandaya sonadək dəstək olduqları üçün təşəkkür edirəm”
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail