"Neftçi" "Qarabağ"la oyunun Əliyar Ağayevə tapşırılmasına etiraz edir

18.02.2015 | 2815 dəfə oxunub

Sabah Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi”ylə "Qarabağ” üz-üzə gələcək. Stadium.Az xəbər verir ki, bu oyun komandalar arasında mövsümün üçüncü qarşılaşması olacaq.

AFFA Hakimlər Komitəsi bu oyuna FİFA referisi Əliyar Ağayevi təyin edib. Bu məqam isə "Neftçi” tərəfini qane etmir. Əldə etdiyimiz məlumata görə, Əliyar Ağayevlə "Qarabağ”ın bir çox futbolçularının eyni məscidə gedib namaz qılmaları "Neftçi”ni narahat edən əsas məqamdır. Bakılılar hakimlə futbolçunun din qardaşlığından ehtiyat edir.

Məsələylə bağlı "Neftçi"nin konkret rəyini öyrənmək istədik. Klubun prezidenti Sadıq Sadıqovun müşaviri Elnur Əşrəfoğlu məsələyə belə aydınlıq gətirdi:

"Hakim meydana çıxıb ədalətli oyun idarə edəndən sonra, oyunumuza kimin təyinat almasının önəmi yoxdur. Əsas məsələ odur ki, Əliyar Ağayev meydanda fitin vicdanla çalsın. Kimin kimlə din dostu olması da bizi maraqlandırmır. Hakimin bir dini var, o da ədalətli omaqdır”.

Maraqlı məqam isə ondadır ki, Əliyar Premyer Liqanın 15-ci turunda "Qarabağ" - "Neftçi" görüşünü idarə edib və bu oyun qolsuz bitib. Bu komanların 7-ci turdakı oyununu isə Orxan Məmmədov idarə edib və "Neftçi" öz meydanında "Qarabağ"a 1:3 hesabıyla məğlub olub. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail