"İnter" rekordun 3 addımlığında

09.03.2015 | 3254 dəfə oxunub

Bakının “İnter” klubu Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırıb. Stadium.Az xəbər verir ki, sonuncu dəfə 2014-cü il avqustun 29-da “Xəzər Lənkəran”la səfər oyununda 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri XXV turun “Neftçi” ilə görüşündə (2:0) uduzmamaqla son 6 ilin rekordunu müəyyənləşdirib. Belə ki, 2009-cu ilin martından sonrakı dövr üçün ən uzun məğlubiyyətsiz oyunlar seriyası 17 matçdan ibarət idi. 2011-12-ci illərdə qeydə alınan həmin göstərici “İnter”in də tarixində 2-ci nəticə idi.
 
“Neftçi”yə uduzmamaqla, klub tarixinin 2-ci nəticəsini göstərən “İnter” 2008-09-cu illərdəki rekordunun 3 addımlığındadı. Həmin vaxt bakılılar 21 matçda uduzmamışdı.
 
Bu dəfəki 18 oyunluq seriya Azərbaycan çempionatları tarixində 15-ci göstəricidir. Mütləq rekord isə “Kəpəz”ə məxsusdur – 28 oyun. “Turan” 27, “Neftçi” və “Şəmkir” isə hər ikisi 26 məğlubiyyətsiz oyunlar seriyasına malikdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail