"Qarabağ" Dortmund "Borussiya"sını Azərbaycana dəvət edir

03.09.2011 | 5818 dəfə oxunub

Sonuncu Almaniya çempionu Dortmund “Borussiya”sının nümayəndələrinin Azərbaycana gəlmək perspektivləri var. Stadium.az xəbər verir ki, bu, Ağdamın “Qarabağ” klubunun dəvətinə əsasən reallaşacaq. 

Belə ki, sabah “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Anar Məmmədov “Borussiya” klubunun dəvətinə əsasən Almaniyanın Dortmund şəhərinə yollanacaqlar. Qurban Qurbanov bu komandanın məşqlərini izləyəcəyi təqdirdə, Məmmədov beynəlxalq əlaqələrin gücləndirilməsi yönündə işlər həyata keçirəcək. Məmmədov saytımıza açıqlamasında bildirib ki, Borussiya rəhbərliyini Azərbaycana dəvət edəcək: “Biz “Borussiya” klubu ilə əməkdaşlığa başlamışıq. Bu işdə ilk addımı alman klubu atıb. Belə ki, Qurban Qurbanovun səfərə yollanması “Borussiya”nın dəvəti sayəsində reallaşır. Biz öz növbəmizdə onları Azərbaycana dəvət edəcəyik. Almanlar qısa müddətdən sonra Azərbaycana gəlib bizim futbol akademiyamızın və əsas komandanın fəaliyyət prinsipi ilə tanış olacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail