"Qəbələ" Türkiyədə darmadağın oldu

07.04.2015 | 3134 dəfə oxunub

"Qəbələ"nin U-17 komandası ilə yanaşı, qüvvəsini ölkə xaricində təşkil olunan turnirdə sınayan 12 yaşadək futbolçulardan ibarət komandası isə ənənəvi “İzmir kuboku”nda mübarizə aparıb.
 
Staium.Az xəbər verir ki, 21 ölkədən olan 48 komanda arasında olan “qırmızı-qaralar” G qrupunda yer alıb. Almaniya təmsilçisi Mönhenqladbax “Borussiya”sına və Qırğızıstan “Bişkek”inə 0:4, Rumıniyalı əfsanə Georgi Hacının Futbol Akademiyası, “Altay” və “Bursaspor”a 0:1 hesabı ilə məğlub olan komandamız növbəti mərhələdə yerli klublarla üz-üzə gəlib. “Kasimpaşa”ya 0:1 hesabı ilə məğlub olan U-12 “Korriklu” ilə “sülh” bağlayıb – 1:1. “Başakşəhər”ə 1:4 hesabı ilə uduzduqdan sonra isə “qırmızı-qaralar” “İzmirspor” üzərində qələbə qazanıb - 3:0. Turnirin son günündə Almaniya “Vattenşayd”ı ilə qolsuz heç-heçə edən futbolçularımız “Kasımpaşa”ya yenilib – 0:3. İzmirdəki son matçında Bolqarıstanın “Ariston Ruse” komandasını sınağa çəkən “Qəbələ” Rəşad Əhmədov, Ülvi Mədətov və Emil Süleymanovun qolları ilə 3:0 hesablı qələbə qazanıb. 
 
İstanbul nəhəngləri “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” ilə yanaşı, İtaliyanın “Yuventus” və “Roma”, Portuqaliyanın “Porto”, Ukraynanın “Dinamo” (Kiyev), Almaniyanın “Verder” və “Borussiya” (Mönhenqladbax), Hollandiyanın “Ayaks”, “Tvente” kimi məşhur klubların mübarizə apardığı yarışın qalibi adına isə İspaniya təmsilçisi “Atletik” layiq görülüb. Bilbao təmsilçisi finalda Fransanın PSJ klubunu məğlub edib – 2:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail