"Qəbələ" akademiyasının direktoru: "Doğru ünvandayam"

08.04.2015 | 2661 dəfə oxunub

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası martda Hollandiyada səfərdə olub. Əvvəl “Feyenoord”la yoxlama oyunu keçirib, ardınca “Teksel kuboku”nda qüvvəsini sınayan “qırmızı-qaralar”ın səfəri yerli mətbuatın da diqqətindən kənar qalmayıb. 

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”  Futbol akademiyasının direktoru Stenli Brard Hollandiyaya səfər edən nümayəndə heyətinə rəhbərlik edib. 

Feyenoord”un sabiq futbolçusu və akademiyasının direktorunun vətənə qısa müddətli qayıdışından istifadə edən hollandiyalılar komandanın düşərgəsinə baş çəkib, nrc.nl saytı üçün “Qəbələ” və Brardla bağlı yazı hazırlayıb. Hollandiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama da verib. Brard Azərbaycanın yüksək potensiallı ölkə olduğunu bildirib:

“Azərbaycan özünün güclü iqtisadi potensialı, zəhmətkeş xalqı ilə inkişaf edən dövlətdir. Bu ölkə sənaye, mədəniyyət və idman sahələrində olduqca böyük sayda nailiyyətlər əldə edib.  “Qəbələ” Azərbaycanda ən yaxşı maddi-texniki bazaya malik klublardan biridir. Burada futbolçu və məşqçilər üçün hər şey mükəmməl təşkil olunub. Oyunçular klubdan böyük sevgi və qayğı görürlər”. 

“Feyenoord”a qayıtmaqla bağlı suala aydınlıq gətirən mütəxəssis indiki işindən məmnunluğunu qeyd edib: “Əlbəttə, qayıda bilərəm. Amma hazırda doğru ünvandayam, yaxşı mütəxəssis və insanların əhatəsindəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail