Vurğun Hüseynov: "Qazaxıstana gücümüzü göstərəcəyik"

05.09.2011 | 5233 dəfə oxunub

“Qazaxıstanla oyuna da ciddi hazırlaşırıq”. Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının və “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib. Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan millisi ilə üz-üzə gələcək millimiz Astanadakı yenilginin əvəzini çıxmaq niyyətindədir. Ötən həftə qrupun güclü komandalarından hesab edilən Belçika ilə heç-heçə edən yığmamız bu dəfə qələbə qazanmaq haqda düşünür: “Belçika ilə heç-heçə Qazaxıstanla oyunöncəsi bizim üçün əla oldu. İnşallah, sentyabrın 6-da qələbə qazanıb, gücümüzü göstərəcəyik. Bu qarşılaşmada ancaq qələbəyə ümid edirəm”. Azarkeşlərə də səslənən futbolçu onlardan tribunaları doldurmalarını istəyib: “Belçika ilə oyunda bizi sona qədər dəstəklədilər. Bu qarşılaşmada da onlardan stadionu doldurmalarını və bizə dəstək olmalarını gözləyirik”. 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail