Kanales Flavinyonu kölgədə qoydu

14.04.2015 | 3089 dəfə oxunub

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Neftçi”nin futbolçusu Nikolas Kanales üçün əlamətdar olub.

Stadium.Az xəbər verir ki, “İnter”lə qarşılaşmada (2:0) dubl müəllifi olan çilili hücumçu “ağ-qaralar”ın heyətindəki qolların sayını 40-a çatdırıb. Bu matçadək keçirdiyi 76 oyunda 38 dəfə rəqib qapılarına yol tapan Nikolas eyni sayda qol vuran komanda yoldaşı Flavinyonu arxada qoyub. Braziliyalı 174 matçda 38 dəfə fərqlənib.

Kanales Premyer Liqada 55 oyunda 34, ölkə kubokunda 8 oyunda 3, avrokuboklarda 14 oyunda 3 qol vurmağı bacarıb. “İnter”lə qarşılaşmayadək ölkə kubokunda 1 dəfə fərqlənən çilili 2013-cü il aprelin 24-də “Qarabağ”la yarımfinalın cavab qarşılaşmasında (2:2) qola sevinmişdi. “İnter”lə qarşılaşmada 2 qol vuran hücumçu “Neftçi”də 7-ci dubluna imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail