Zöhrab Əliyev: "Fikirləşirəm ki, elə düz elədim "Simurq"dan ayrıldım" - MÜSAHİBƏ
"Simurq"un sabiq meneceri Zöhrab Əliyevin müsahibəsi
- Zöhrab, “Simurq"dan ayrıldıqdan
sonra Premyer Liqanın oyunlarını nə dərəcədə izləyə bilirsən? Ümumiyyətlə, çempionatın səviyyəsi səni qane edir?
- Bəli, çempionatın
oyunlarını izləyirəm. Düzdür, boş vaxtım elə də çox olmur və buna görə daha çox vaxt internet vasitəsi ilə oyunlara baxıram. Televiziya ilə izləməyə vaxtım olmur. Həm də televiziyada göstərilən oyunların çəkilişi də keyfiyyətli
deyil. Avropadakı çəkilişlə bizim çempionat oyunlarının
çəkilişi arasında çox böyük fərq var. Səbəb tək bunlar deyil. Çempionata
azarkeş marağı da yoxdur. Oyunlarda olan sürət çox aşağıdır. Komandalar sürətli oyundan daha çox vaxt uzatmağa üstünlük verirlər. Bir sözlə, çempionatın səviyyəsi çox aşağı düşüb. Məsələn, hər oyunda futbolçuların orta hesabla topla oynadıqları dəqiqələri
hesablasaq, başqa ölkələrdən
xeyli geri qalarıq. Bu isə futbolçuların fiziki hazırlığının
da aşağı səviyyədə olduğunu göstərir. Bütün bunlar isə birbaşa yığma komandaya təsir edir. Mübarizə yox səviyyəsindədir.
Tək kəlmə ilə akademik futbol.
- Deməli, azarkeşlər
də stadiona gəlməməkdə
düz edirlər.
- Azarkeş hansı oyuna gəlib baxsın? Komandaların
müdafiədə bir-birlərinə top ötürməsinə?
2005-ci ildə “Neftçi"
- “Qarabağ" qarşılaşmasını Tofiq Bəhramov adına Respublika
stadionunda 19 min azarkeş izləmişdi. İndi isə 700 nəfər gəlir. Onların da çoxu fan-klub üzvləridi. 2006-08-ci illər aralığında stadionlar dolu idi. “Karvan"ı misal göstərmək olar. Hər oyuna 5 min azarkeş gəlirdi. Hamısı da biletlə. Aralarında kişilər də var idi, xanımlar da. Fanatlar gün sayırdılar ki, komandalarının oyunu olsun, stadiona gəlsinlər. Nostalji hisslərdi. PFL-in mətbuat katibi Aslan Şahgəldiyev məni yaxşı başa düşər. “Xəzər Lənkəran", “MKT Araz", “Turan", “Kəpəz"... “MKT Araz"ın İmişlidə keçirdiyi hər oyuna 10 min azarkeş izləyirdi. Aidiyyatı şəxslərə demək istərdim ki, çempionatın göstəricisi budur, cənablar!
- Necə düşünürsən, sabiq klubun “Simurq" bu mövsüm avrokuboklara vəsiqə qazana biləcək?
- Şansları var. Əsas rəqibləri “Qəbələ" və AZAL-dı. Mənə görə, daha çox şans “Qəbələ"dədir. Həm maliyyə, həm də yanaşma cəhətdən. Daha etibarlı komanda qismində isə AZAL-I görürəm. Məşqçilər korpusu az büdcə ilə yaxşı komanda qura biliblər. Həm, guya çıxıb neyləyəcəklər ki? Keçən il “Qəbələ" çıxdı nəticəsi də utancverici
oldu. Halbuki rəhbərlik nə qədər işlər görür. Avropada bu cür dəstəkdən hamı razı qalardı. Bir də fikir verin və görəcəksiniz ki, ilk mərhələdə bizimlə qarşılaşan komandaların həm büdcsi aşağıdır, həm də heyətdəki legionerlərinin sayı azdı. Həmişə demişəm ki, 10-12 legioner gətirib hərəsinə 150 min verməkdənsə, həmin pula daha səviyyəli 5 legioner gətirmək daha yaxşıdır. Həm cavan futbolçular o futbolçulara baxıb nə isə öyrənsin, həm də komandaya faydaları dəysin. Bir legionerin
puluna iki təbii örtüklü meydança salmaq olar. Sintetik örtüklər futbolumuzun düşmənidir.
- U-17 və U-19 yığmalarımızın elit-raunddakı biabırçı çıxışının səbəbini nədə görürsən?
- Az öncə yuxarıda göstərdiyim səbəblərdə. Süni meydançalar, legionerlərin çoxluğu, bəzilərinin yerli futbolçuların inkişafı deyil, pulu düşünmələri. Hələ bu günə qədər belə zəif və gülünc nəticə olmamışdı. Həm U-17, həm də U-19-un səviyyəsi sıfıra bərabərdir. Oynamasaydılar,
daha yaxşı idi. Mirbağır İsayev çox istedadlı və güclü məşqçidir. Lakin əlində olan futbolçuların səviyyəsi yalnız ilk mərhələni keçməyə imkan verdi. Heç kim araşdırmır, pis nəticənin səbəblərini üzə çıxarmır, çatışmazlıqları aradan qaldırmır. Hər şeyə uşaq və məhlə futbolundan başlamaq lazımdır. U-19 yığmamızın baş məşqçisinin soyadını da bilmirəm. Amma nəticələrini
hamı gördü. Məgər bizim öz məşqçilərimiz ondan zəif çıxış edərdi?
- Cahangir Hacıyevin Beynəlxalq
Bankdan istefasından sonra “İnter" və “Simurq"un gələcək taleyi də sual altına düşüb. Hətta “Simurq"un dağılacağı
gözlənilir. Səncə, bu, nə dərəcədə realdı?
- Bunu zaman göstərəcək. Cahangir müəllim bizim futbol üçün çox işlər görüb. Bu mənada hər iki komandanın dağılmasının ümumi olaraq Azərbaycan futbolunun
ziyanına olacaq. Ümid edək ki, hər hansı bir problem yaşanmayacaq.
- Bizdə klublar adətən bir nəfərdən aslı olur. Həmin şəxsin də işlərində bir azca axsama olan kimi, dərhal kluba təsir edir. AFFA bunun qarşısını almaq üçün klublara müşahidə şurası yaratmağı təklif edib. Azərbaycan
futbolunda bu variant effekt verə bilər?
- Bunun fərqi nədir ki? Onsuz da son söz pul verən şəxsdə olacaq. Ona görə də hamısı mənasızdır. Guya Klublar Komitəsi niyə yaradılıb? Nəyisə yaradanda məqsəd olmalıdır. Çempionatın yayım hüququ voleybol topuna oxşayır. Gah klublarda olur, gah da PFL-də. Bunu istənilən klub azarkeşi müzakirə edə bilər. Biz daha böyük nəticələr gözləyirik. Amma əvəzində yerimizdə dayanmışıq, bəzən isə arxaya gedirik. Ümidvaram ki, futbolumuzun
başında duranlar, eləcə də klublar və jurnalistlər
əl-ələ tutub futbolumuzu inkişaf etdirəcəklər. ABŞ-ın sabiq prezidentlərindən birinin belə bir sözü var idi ki, fikirləşmə
Amerika sənin üçün nə edib, fikirləş ki, sən Amerika üçün nə etmisən. Gəlin barmağımızı qatlayaq görək, kimlər Azərbaycan futbolu üçün nə edib. Çox istərdim ki, Rüstəm Rəhimov, Asim Xudiyev, Nazim Süleymanov, Asəf Namazov, Vladislav Qədirov, İqor Ponomaryov, Dmitri Kramarenko, Vidadi Rzayev kimi mütəxəssislər kölgədə qalmasınlar. Görün nə dərəcəyə çatmışıq ki, Bruxti kimi futbolçuları
yada salan yoxdur. Allah ona rəhmət eləsin. Fikrimcə, onların adlarını hər hansı stadiona və meydançaya vermək olar.
- Klublarımızdakı marketinq-piar fəaliyyətinin sıfıra bərabər olmasının səbəbini nədə görürsən?
- Mentalitetdə. Çox sadə və anormal bir səbəb. Futbolumuzda yaxşı iş görmüş insanları qabağa çəkib mükafatlandırmaqdansa, onları cəzalandırırlar.
PFL-lə Unibankın əməkdaşlığını nümunə gətirə bilərəm. Hanı həmin “qəhrəmanlar"? Hansı ki, boş yerə PFL-ə o qədər gəlir gətirdilər. Həmin insanlar hər dəfə kubokun finalında şirkətlərlə
danışığa gedib uduşa pulsuz maşınlar qoyurdular. Onlar da həmin pulsuz maşını finalda azarkeşə verirdilər. Belə sponsorun verdiyi pulla yaşamağa nə var ki. Amma bir legionerə verilən pula iki təbii örtüklü meydança salsınlar, deyim ki, daşdan pul çıxardılar.
- “Neftçi"nin Müşahidə Şurasınınü üzvü Bəhram Bağırzadə deyib ki, boş qalmış tribunaları doldurmağın yollarını bilir. Doğurdan da belə bir yol var?
- Bəhrama görə çox sevindim. Çingiz Abdullayevə
görə də həmçinin. İkisi də möhtəşəm insanlardı və kumirlərimdi.
Hər ikisinə də yeni işlərində uğurlar arzulayıram. Stadionları doldurmağa
gəlincə, bunun çox sadə yolları var. Ancaq nədənsə bizim klublar azarkeşləri stadionlara
qaytarmaq əvəzinə gələnləri də stadiondan
qaçaq salırlar, onları futboldan küsdürürlər. Əgər 2005-ci ildə başlanan proseslər bu günə qədər davam etsəydi, klublarımız büdcələrinin
bir hissəsini məhz gələn gəlirlər hesabına bağlaya bilərdilər. Bəhram doğurdan da dediyini edə bilsə, ona “futbol ordeni" vermək lazımdır.
- Bizim futbolçularımızın ölkə xaricinə çıxa bilməməsinin
əsas səbəbini nədə görürsən?
- Rəqabətə dözə bilmirlər. Həm də maliyyə baxımından xaricdə gedib oynamaq onlara sərf etmir.
- 21 və 23 yaşa qədər olan futbollçuların maaşlarına
limit qoyulması ilə bəlkə bu problem düzəldi?
- Münasibət yox, sadəcə, həmin futbolçulara
məsləhətim var. Həmin pulu aldığınız üçün Allaha şükür edin. Cənab prezidentimiz və AFFA prezidenti hər şeyi həll edir. Müəllim ayda 250 manat maaş alır, amma ölkəyə futbolçulardan çox xeyir verir. Bir daha deyirəm, aldıqları puldan narazılıq etməsinlər, əksinə, buna görə şükür etsinlər.
- Bayaq süni meydançaların ziyanından bəhs etdin. Həmin süni meydançalardan biri də sənin vaxtilə çalışdığın “Simurq" klubuna məxsusdu. Zaqatala kimi gözəl bölgədə təbii örtükdən qaçıb süni örtüyə üstünlük verən klubun Azərbaycan
futboluna hansı xeyrindən danışmaq olar?
- Xeyirden yox, ancaq ziyanından danışmaq mümkündü. Halbuki bu danışığın özü də mənasızdır.
- “Simurq"dan ayrılmağın
xeyli müəmmalı oldu. Klub prezidenti Anar Bəkirovla çox yaxın münasibətdə olan insan idin. Nə baş verdi?
- Çoxları məni onun “sağ əli" hesab edirdilər. Bəli, bu klubda çox iş gördüm, 4-cü yeri tutduq. Anar Bəkirovdan çox şey öyrəndim və bundan sonrakı fəaliyyətində də ona uğurlar arzulayıram. Ancaq biz hamımız kimdənsə və nədənsə asılı insanlarıq. Şəxsən mən öz ailəmdən və ambisiyalarımdan asılı insanam. Vaxt keçdikcə fikirləşirəm ki, elə düz elədim “Simurq"dan ayrıldım.
- “İnter"lə oyundan əvvəl Kaxaber Sxadadze ilə dalaşmışdın. Gedişində bu amilin rol oynadı? Yəni, Sxadadze tərəfindən sənə qarşı “torba" tikildi.
- SSRİ dövründə 5 illik plan var idi. Sxadadze də 5 ildir Azərbaycanda ustalıqla bu planı doldurdu. Onun tək mənimlə problemi olmayıb. Hamı ilə problemi olub. Jurnalistlərlə, azarkeşlərlə,
Nizami Sadıqovla, Yunis Hüseynovla, öz klubunun prezidenti Georgi Nikolovla, hətta, topdaşıyan
uşaqla da. Yəqin ki, planı doldu və qayıdır Gürcüstana. Bildiyimizə
görə, Gürcüstanda da bəzi hərəkətlərinə görə, onu futboldan 2 illik uzaqlaşdırmışdılar. Mənimlə olan dava “Simurq"dan gedişimə səbəb ola bilməzdi. Çünki o hadisə sadəcə, statistik bir toqquşma idi. Həmin oyundan sonra həm “İnter"in o vaxtkı vitse-prezidenti, həm də başqa şəxslər zəng vurub saatlarla üzr istədilər. Futbolçu kimi isə haqqında ən gözəl anlar yadıma düşür. Bu barədə onun haqqında danışmağım
düz çıxmaz. Ən azından “Mançester Yunayted"də və “Ayntraxt"da oynadığına
görə.
- Jurnalistlərin sənə münasibəti
də birmənalı olmadı. Böyük əksəriyyət belə düşünürdü ki, Zöhrab medianı Anar Bəkirova yaxın buraxmır, jurnalistlər haqqında mənfi fikir söyləməklə tərəflər arasında soyuqluq yaradır. Ümumiyyətlə, medianı klubun içinə buraxmamaq üçün çox cəhdlər etmisən. Bu suala da cavab verməyini istərdim.
- Guya mən gedəndən sonra nəsə dəyişib? Məgər mən mətbuat katibiyəm? Sadəcə, kimsə bilərəkdən bu məsələdə adımı çəkərək özünü sudan quru çıxarmaq istəyir. Mənim vaxtımda “Simurq" cəmi bir sayta reklam verirdi. Bu gün də yalnız həmin sayta reklam verilir. Mənim o qədər işim var idi ki... Heç belə şeylərə qarışmağa vaxtım da yox idi. Həm də o vaxt klub rəisinin göstərişi var idi ki, heç kim mediaya müsahibə, açıqlama verməsin. Yalnız mətbuat katibindən başqa.
"Het-trik news" q'zeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |