Millimizin baş məşqçisi: "Deməzdim ki, hər şey yaxşıdır"

14.04.2015 | 2996 dəfə oxunub

Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qalib olub. Stadium.Az xəbər verir ki, komandamız son oyunda Yunanıstanı məğlub edib. Oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov affa.az-a fikirlərini bildirib:

“Komandada yorğunluq var idi. Oyun istədiyimiz tempdə alınmasa da, lazım olan nəticəni əldə etdik. Qarşımıza birinci yer tutmaq məqsədi qoymuşduq və buna nail olduq. Əlbəttə, deməzdim ki, hər şey yaxşıdır. Çatışmazlıqlarımız var. Bunu hər üç oyunda gördük. Növbəti toplanışlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Fiziki hazırlığımızı artırmalıyıq. Müdafiədən yarımmüdafiəyə, yarımmüdafiədən hücuma keçəndə ləngimələr olur. Bundan sonra həm seleksiya işini davam etdirəcəyik, həm də komandanın texniki-taktiki hazırlığını yüksəldəcəyik".

Həsənov komandasının üstün cəhətlərini açıqlayıb: "Sevindirici haldır ki, məşqlərdə üzərində çalışdığımız standart vəziyyətlərin bəhrəsini gördük. Bu komanda ilə belə qollar çox vurmuşuq. Heyətdə başla dəqiq oynayan uşaqlar var. Çalışırıq ki, onların bu xüsusiyyətini daha da təkmilləşdirək. Eyni zamanda, standart vəziyyətlər zamanı necə müdafiə olunmağı və futbolçuların hansı mövqedə dayanmalı olduğunu başa salırıq. Ancaq bu istiqamətdə nə qədər hazırlıq keçsək belə, yenə də çatışmazlıqların olduğu belə turnirlərdə üzə çıxır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail