"Qarabağ" - "Neftçi" oyunu aslanların döyüşü kimidir"

22.04.2015 | 3772 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel komandasının Azərbaycan kubokunun finalına yüksəlməsinə münasibət bildirib. Stadium.Az xəbər verir ki, klubun saytına danışan Gözəl finaldakı rəqibin “Neftçi” olmasına ikiqat sevindiyini deyib:

"Bu, mənim "Qarabağ"la üçüncü  finalım olacaq. 2006 və 2009-cu illərdə Azərbaycan kubokunu qazanıb sevinc yaşamışıq. Altı il sonra yenidən finalda oynamaq olduqca xoş duyğudur. Üstəlik rəqibimizin "Neftçi" olması da final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda "Neftçi"ylə qarşılaşmaq mənə ikiqat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. Hər zaman "Neftçi"ylə oyunlar mənim üçün xüsusi olub. Bunu daim açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi, "Qarabağ" - "Neftçi" oyunu aslanların döyüşü kimidir". 

Klub rəsmisi kubokun final matçının keçiriləcəyi məkanla bağlı da fikirlərini bildirib: “Final görüşünün Qəbələ və ya baş bir şəhərdə keçirilməsi ideyası müsbətdir. İstənilən halda belə bir derbinin, gözəl qarşılaşmanın bölgədə keçirilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir. Futbol ictimayyətini, azarkeşləri maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı gözləyirəm.  Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail