Azərbaycanlı futbolçular bir-birilərini söydülər, 3 oyunluq cəza aldılar

28.04.2015 | 2748 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.Az xəbər verir ki, yığıncaqda birinci divizionun XXV oyunlarında qedə alınan qayda pozuntuları da müzakirə olunub.

"Rəvan” – “Neftçala” matçında “Neftçala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Bundan başqa, “Şahdağ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Mil-Muğan” matçında “Qaradağ Lökbatan” klubunun 5, “Mil-Muğan” klubunun  isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki  klub 100 manat cərimə olunublar. Oyunun 69-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Emin Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə ödəyəcək.

“Kəpəz” – “Ağsu” matçında “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun futbolçusu İsmayıl Aslanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin oyunun videoyazısına yenidən baxıldıqda hakimin qərarının haqsız olduğu görünüb, buna görə də futbolçuya verilən ikinci sarı vərəqə ləğv edilib. Hakimlər Komitəsi hakim haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat verməlidi.

Oyunun 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Vasif Mehrəliyev, “Ağsu” klubunun futbolçusu Malik Babayev bir-birini təhqir etdiylərinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail