"Qarabağ" UEFA-nın qərarından narazıdı: Bu dəfə CAS-a müraciət edəcək

28.04.2015 | 2629 dəfə oxunub

"Biz hakimin səhv qərarları ilə bağlı UEFA-ya şikayət etsək də, buna arzuladığımız şəkildə cavab ala bilmədik".

Stadium.Az xəbər verir ki, bu sözləri türkiyəli vəkil Qürur Qayə Günal deyib. O, bildirib ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyunundakı sayılmayan qol ilə bağlı UEFA-nın yekun qərarından narazıdı və bununla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək:

"Bunu da onunla izah etdilər ki, hakim epizodu elə görüb və qərarı dəyişə bilməzlər. Bu üzdən də biz bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik və məsələyə Lozannada baxılacaq".

"İnter"lə Bakıda baş tutan oyunda çexiyalı hakim Miroslav Zelinka "Qarabağ"ın təmiz qolunu qeydə almamışdı. Nəticədə, Ağdam klubu qrupda qalmış, əvəzində növbəti mərhələyə Ukraynanın "Dnepr" klubu yollanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail