Jaba: " Hafiz bəy deyib ki, narahat olmayın" - MÜSAHİBƏ

29.04.2015 | 11508 dəfə oxunub

"Bakı"nın hücumçusu Jaba müsahibə verib. 

Qol.Az-ın məlumatına görə, braziliyalı futbolçu komandanın hazırkı durumu, Premyer Liqamızın səviyyəsi və "Bakı"dakı gələcək karyerası haqda danışıb.


- Hazırda "Bakı"da vəziyyət necədir?

- İndi bütün fikrimizi qarşıdakı oyuna yönəltmişik. Məşqlərdə tam gücümüzlə çalışırıq. Qarşıda “Xəzər Lənkəran”la vacib oyunumuz var. Həmin oyuna hazırlaşırıq. Məqsədimiz də həmin oyunda qələbə qazanmaqdır.

- Hazırda "Bakı" kimi "Xəzər Lənkəran"ın da heyəti əsasən gənclərdən qurulub. Bu məqam qələbəyə olan ümidinizi daha da artırırmı?

- "Xəzər Lənkəran" da zəif komanda deyil. Ona görə də oyun çətin keçəcək. Rəqibə hörmətlə yanaşırıq. Lakin biz meydan sahibiyik və azarkeşlərimizi sevindirmək istəyirik.

- Son turlarda ehtiyatda qalmağının səbəbi nədir?

- Xəstələnmişdim. 4 gün məşqlərdən kənarda qaldım. Meydana çıxmağa hazır deyildim, ona görə baş məşqçidən özüm xahiş etdim ki, məni meydana buraxmasın. İndi hər şey qaydasındadı. Heç bir problem yoxdur.

- Amma bəziləri iddia edir ki, maddi məsələləri önə çəkərək oynamaq istəmirsən…

- Yox, yalan söhbətdir. Elə bir şey yoxdur. Pul olmasaydı, ya da hazırkı durumumdan narazı qalsaydım, indi Bakıda yox, Braziliyada olardım.

- Baş məşqçi İbrahim Uzunca ilə münasibətin necədir?

- Yaxşıdı. Bir-birimizi anlayırıq. Heç bir problemimiz yoxdur.

- Bəs, klubun icraçı direktoru Yaşar Seyidovla İbrahim Uzunca arasındakı problem haqda hansı fikirdəsən?

- Bu, mənə aid sualı deyil. Öz işləridir.

- “Bakı”nın hazırkı heyətini, komandanın əsasən təşkil edən gənclərin çıxışı ürəyincədirmi?

- “Bakı”da istedadlı gənclər var. Növbəti mövsümdə “Bakı” yaxşı oynayacaq. Bu il təcrübə toplayırlar. Gələn il isə daha yüksək səviyyəli oyun səgiləyəcəklər.

- Gələn il səni də komandada görə biləcəyik?

- Bunu indidən dəqiq söyləmək olmaz. Düzünü demək lazımdır. Hər şey maddi durumdan asılıdır. Əgər vəziyyət düzəlsə, böyük məmuniyyətlə “Bakı”da qalacağam.

- Klubun prezidenti Hafiz Məmmədov gələcəklə bağlı hansı fikirdədir?

- Hafiz bəy deyib ki, narahat olmayın. Kənardan kim nə deyir bilmirəm, ancaq mən pulumu alıram. Ona görə də oynamağıma davam edirəm. Komandanın uğuru üçün də əlimdən gələni edirəm.

- Daha əvvəllər də Azərbaycan Premyer Liqasında oynamısan. Çoxları deyir ki, əvvəlki illərə baxanda hazırda çempionatın səviyyəsi aşağı düşüb. Bu fikirlə razısan?

- Əvvəl iddialı komandaların sayı çox idi. “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qəbələ”, “Neftçi”, “Qarabağ” çempionluq uğrunda mübarizə aparırdı. İndi isə “Qarabağ” rahat şəkildə çempionluğa doğru gedir. Azca onlara “İnter” müqavimət göstərir. Qalanları isə çox geri qalır. Sanki bir durğunluq yaşanır. Bu gün Azərbaycanda “Qarabağ”a rəqib yoxdu. (futbolxeber)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail