UEFA-dan AFFA-ya vacib tapşırıq

29.04.2015 | 2474 dəfə oxunub

İsveçrənin Nyon şəhərində AFFA-nın baş katibi Elxan Məmmədov və Lisenziya qrupunun rəhbəri Elçin Məmmədov UEFA-nın Fair Play və Lisenziya Departamentinin rəhbəri Andrea Traverso ilə görüşüb. Stadium.Az xəbər verir ki, 2015/2016-cı il lisenziyalaşdırma mövsümünün  yekunu ərəfəsində bu görüş UEFA və AFFA-nın qarşılıqlı təşəbbüsü ilə keçirilib.

Avropa futbol qurumunun rəsmisi bildirib ki, UEFA yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak edən klubların lisenziya məsələlərinə çox diqqətlə və məsuliyyətlə yanaşması, maliyyə “Fair Play”i, həmçinin beynəlxalq yarışların əsasnamələrinin tələblərinə uyğun fəaliyyət göstərməsi vacibdir.

Qitə futbol qurumunun nümayəndəsi klublara aid olan sənədlərin UEFA standartlarına uyğun olmasının vacibliyini bir daha vurğulayıb. Həmçinin, görüşdə AFFA tərəfindən klubların lisenziyalaşdırması prosesinin hazırkı vəziyyəti barədə məlumat verilib və inkişaf perspektivi müzakirə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail