Araz Abdullayev "Qarabağ" yolunda

29.04.2015 | 6947 dəfə oxunub

"Qarabağ” "Neftçi”nin futbolçusuna göz dikib. Stadium.Az "Goal.az"a istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "flaqman”ın aparıcı üzvü Araz Abdullayevlə maraqlanır. Verilən məlumata görə, milli komandadan yaxşı münasibətləri olan "Qarabağ”ın kapitanı Rəşad Sadıqov da Arazı komandalarına gətirməyə səy göstərir. Çünki Araz Rəşadı dinləyir. Hazırda ölkənin ən istadadlı futbolçusu olaraq qiymətləndirilən Araz Abdullayev indi pis mövsüm keçirir. Hətta iş o yerə çatıb ki, millimizin baş məşqçisi Robert Prosineçki "Neftçi”dən heç bir futbolçunu milliyə dəvət etməyə layiq bilmədiyin açıqlayıb.

"Neftçi”nin son iki mövsümdə uğursuz çıxışı və milli komandadan kənarda qalma məqamları Arazı düşünməyə vadar edib. Mənbə bildirir ki, Abdullayev "Neftçi” rəhbərliyi ilə bu barədə danışıb da. Əgər rəhbərlik komandadan getməyə razılıq versə, o zaman Abdullayev "Qarabağ”a keçəcək.

Arazın "Neftçi"dən getməsini şərtləndirən başqa bir məqam da var. İş ondadır ki, klubun son prezidenti Sadıq Sadıqovun sevimli futbolçusu olan Abdullayev məhz S S-ə görə gələn bütün təklifləri geri çevirərək heyətdə qalmışdı. Sadıq müəllimin komandadan ayrılmasından sonra isə Araz Abdullayev də "Neftçi”dən getməyi qətiləşdirib. Üstəlik, son zamanlar ehtiyatda qalması da onu razı salmır. Ən yaxşı variant isə hazırda ölkənin ən güclüsü olan "Qarabağ”dır. Ağdam klubu da məhz bu amili önə çəkərək Arazın razılığını ala bilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail