Syomin futbolçularımıza söz atdı: "Məşqçi aşağı səviyyəli oyunçularla da elə işləməlidi"

29.04.2015 | 2763 dəfə oxunub

"Məşqçilik karyeramda ən böyük fasilə Kiyev “Dinamo”sundan ayrılandan sonra olub. Səhv etmirəmsə, 4-5 ay işsiz qalmışdım".

Stadium.Az xəbər verir ki, bu sözləri rusiyalı məşqçi Yuri Syomin deyib. Hazırda "Mordoviya"nı çalışdıran təcrübəli mütəxəssis Rusiya mətbuatına müsahibəsində "Qəbələ"dəki günlərini də xatırlayıb:

"İşsiz qalanda əsəbləşmirdim. Vəziyyəti çox sakit qəbul edirdim. Düzdü, dincəlmək üçün 3 ay bəs etdi. Amma sonra darıxmağa başladım. Təsəvvür edirsiz, səhər yuxudan oyanırsan və heç bir iş görmədən, günü evdə keçirirsən. İşləmək istəyirdim. Həmin vaxt mənə təklif gəldi və qəbul etdim. Hamı məni qınayırdı ki, niyə ən yaxşı çempionatlardan birinə yox, Azərbaycan Premyer Liqasına getdim. Ancaq mən deyilənlərə məhəl qoymurdum. Çünki mənim üçün Azərbaycanda işləmək maraqlı idi. Bilmək istəyirdim ki, komandaya, o futbolçulara faydalı olmaq gücündəyəm, ya yox? Andrey Şevçenko və ya ondan qat-qat aşağı səviyyəli futbolçu ilə işləmək, əslində, eyni şeydi. Gördüm ki, istədiyim alındı, Azərbaycandakı fəaliyyətim heç də pis olmadı. Məşqçi ulduz futbolçularla necə çalışırsa, aşağı səviyyəli oyunçularla da elə işləməlidi. Futbol eynidi, onu bölmək olmaz".

Syomin ötən mövsüm "Qəbələ"ni çalışdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail