"Prosineçki bizi təəccübləndirdi"

29.04.2015 | 2549 dəfə oxunub

Robert Prosineçki ilə görüş təşəbbüsü biz tərəfdən oldu. Amma onun özü də bizimlə danışmaq, futbolçular barədə məlumat almaq istəyirdi". 

Stadium.Az "Report" agentliyinə istinadən xəbər verir ki, bu sözləri "Neftçi" futbol klubunun idman direktoru Vəli Qasımov deyib.

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə bugünkü görüşdən danışan V.Qasımov müzakirə olunan mövzulara toxunub. O, baş məşqçi Arif Əsədov və icraçı direktorun müavini Mübariz Xudiyevin iştirak etdiyi görüş zamanı "Neftçi"nin futbolçularının milliyə dəvət olunmaması haqda xorvatiyalı baş məşqçi ilə söhbətin aparıldığını deyib. 
Ötənlərin tanınmış futbolçusu bildirib ki, paytaxt komandasının oyunçuları hələ istənilən formada deyillər:
 
"Amma son oyunlar göstərir ki, milliyə layiq səviyyəyə çatmaqdadırlar. Prosineçki görüşdə dedi ki, onun üçün futbolçunun hansı komandada oynamasının fərqi yoxdur. Kim yaxşı formadadırsa, o da milliyə dəvət 
olunacaq".

V.Qasımov deyib ki, görüş öncəsi millinin baş məşqçisinin "Neftçi" barədə bəzi məsələlərdən xəbərsiz olduğunu düşünüblər. Amma onun sözlərinə görə, görüş zamanı xorvatiyalı mütəxəssisin flaqmanla bağlı hər şeydən məlumatlı olduğu üzə çıxıb. Bu isə klub rəsmilərini yaxşı mənada təəccübləndirib: "Prosineçki kimi milliyə dəvət etməyin lazım olduğunu yaxşı bilir".

Vəli Qasımovla Robert Prosineçki vaxtilə İspaniya çempionatında çıxış ediblər. Hətta V.Qasımov "Betis"də ikən "Real Madrid"lə matçda R.Prosineçkiyə qarşı oynayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail