"Qəbələ" seçim qarşısında: Türkiyə, Avstriya, yoxsa Sloveniya?

16.05.2015 | 3231 dəfə oxunub

“Qəbələ”nin növbəti mövsümə hazırlığı ilə bağlı plana qismən aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” hazırlıq məqsədilə iyunun 8-də bir araya gələcək.

Klubun qəzetinə bu barədə məlumat verən əsas komandanın rəisi Səbuhi Səfiyarlı hazırlığın iyunun 24-dək davam edəcəyini bildirsə də, ölkəxaricindəki təlim-məşq toplanışının hansı məkanda baş tutacağının hələ
dəqiqləşmədiyini deyib: “Avroliqaya hazırlıq dövründə 4 yoxlama oyunu keçirmək istəyirik. Matçlar üçün tarixlər nəzərdə tutulsa da, dəqiq olmadığından hələ açıqlamağı lazım bilmirik. Hansı ölkədə yoxlama oyunu
keçirməyə rəqib tapsaq, oraya yollanacağıq. Məkan seçimiylə əlaqədar olaraq, Türkiyənin Ərzurum şəhərinə yollanmışdım. Şərait yaxşıdır, orada toplanış keçirmək istəyirik. Ancaq rəqib olmasa, başqa məkanda hazırlıq keçməli olacağıq. Hazırda 3 variant var – Türkiyə, Avstriya və Sloveniya. Seçimdə əsas şəraiti nəzərə alacağıq”.

Hazırlıq proqramına əsasən “qırmızı-qaralar” iyunun 24-də Qəbələyə qayıtmağı planlaşdırır. Bundan sonra komandaya 2 günlük istirahət veriləcək. İyunun 27-dən isə Avropa Liqasında ilk oyunun hazırlığına başlanacaq. “Qəbələ”nin rəqibi iyunun 22-də UEFA-nın Nyon şəhərindəki mənzil- qərargahında olacaq püşkatmada müəyyənləşəcək. Komandamız I təsnifat mərhələsinin ilk oyununu - iyunun 3-dəki matçını səfərdə oynamalı olarsa, toplanış keçəcəyi məkandan birbaş həmin ölkəyə yollana bilər.

Cari mövsümdə sonuncu oyununu mayın 28-də Qəbələdə “Bakı”yla keçirəcək komanda bundan sonra 11 günlük istirahətə buraxılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail