Tsxadadze: "Bu vəziyyət bir dəqiqə də rahatlaşmağa imkan vermir"

09.09.2011 | 5765 dəfə oxunub

“İnter”in hücumçusu Baçana Sxadadze klubunun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, gənc futbolçu Gürcüstan toplanışı, qarşıdakı “Simurq”la oyun və əsas heyətdə yer uğurundakı rəqabətdən danışıb.

- Gürcüstanda təlim-məşq toplanışı necə keçdi? 
- Düşünürəm ki, bu toplanış komandanın xeyrinə olacaq. Yaxşı ki, “Bakı” ilə qalmaqallı matçdan sonra ölkədən getdik. Bu, psixoloji planda özümüzə gəlməyə imkan verdi. Bütün uşaqlar sakitləşdilər və bu oyunu unutdular. Mənfi emosiyalar və xoşagəlməz xatirələr arxada qaldı. Hesab edirəm ki, Gürcüstanda təşkil edilmiş toplanış istər “Simurq”la oyunda, istərsə çempionatın digər matçlarında bizə kömək edəcək. 

- Məlum olduğu kimi, ötən mövsümün birinci hissəsini siz “Simurq”un heyətində keçirdiniz. Bu vəziyyət keçmiş klub yoldaşlarına qarşı oyunda sizə necəsə kömək edəcəkmi? 
- Bütün oyunlar mənim üçün vacibdir, ona görə ki, bütün rəqiblərə eyni yüksək əhval-ruhiyyə ilə yanaşıram. “Simurq” haqqında mənim yalnız xoş xatirələrim qalıb. Mən bu komandada yaxşıdan başqa heç nə görmədim. Zaqatalalılara qarşı adi qaydada hazırlaşıram, meydana çıxaramsa, özümü göstərməyə çalışacağam. 

- Biz bilirik ki, “Simurq”un heyətində vaxtilə “İnter”in formasını geyinmiş bir neçə futbolçu çıxış edir. Sizin fikrinizcə, bu fakt “Simurq”a müəyyən üstünlük gətirirmi? 
- Hesab edirəm ki, yüksək səviyyədə oynamış Robertas Poşkus və ya Andrey Rubin kimi futbolçular mümkün olanı həm göstəriblər, həm də təsdiqləyiblər. Onların nəyisə sübut etməyə ehtiyacları yoxdur, axı bir çox uğurlara məhz “İnter”in heyətində nail olublar. Aydın olan budur ki, onlar peşəkar futbolçulardır və işlərini peşəkarcasına yerinə yetirəcəklər. 

- Matçla bağlı proqnozunuz nə olacaq? 
- Düşünürəm ki, bizi çox maraqlı oyun gözləyir. Biz hücum futbolu oynayacağıq. Rəqib də yaxşı hücum potensialına malikdir. Hesab edirəm ki, oyun kifayət qədər baxımlı alınmalıdır.

- Sentyabrın 7-də Kaxaber Tsxadadzenin ad günü idi. “Simurq”la oyunda qələbə “İnter” futbolçuları tərəfindən baş məşqçi üçün yaxşı hədiyyə olardı... 
- Razıyam ki, qələbə ən yaxşı hədiyyə olardı. Buna görə də, bu hədiyyəni bağışlamaq üçün çox çalışırıq. 

- Mövsümün başlanğıcı komanda üçün o qədər də inamlı alınmadı - 3 oyundan 3 xal toplayıb... 
- Bəli, bu oyunlarda biz minimal nəticələrə nail olduq. İlk 3 turdan sonra biz aktivimizdə heç olmasa 6-7 xal olmasına ümid edirdik. Lakin bunun əvəzinə biz belə uğursuzluqla qarşılaşdıq. Təəssüf ki, alınmadı. Ancaq biz uğursuzluğa son qoymaqda qərarlıyıq. Hesab edirəm ki, bu mövsümdə “İnter” həm çempionluq, həm də kubok uğrunda mübarizə aparmağa qadirdir. Bunun üçün bizim lazım olan hər imkanımız var. 

- Sizdən başqa, komandada kifayət qədər yüksək səviyyəli daha iki hücumçu var - Girts Karlsons və Enio Krastovçev. “İnter”in oyunların əksəriyyətində meydana bir hücumçu ilə çıxdığını nəzərə alsaq, çəkinmədən deyə bilərik ki, bu yer uğrunda rəqabət olduqca yüksəkdir. Belə futbolçularla rəqabət aparmaq çətin deyil ki? 
- Komandada belə hücumçuların olması əlavə stimuldur. Bu vəziyyət bir dəqiqə də olsun rahatlaşmağa imkan vermir və hər epizodda və hər saniyədə diqqəti toplamağa vadar edir. Başlıcası budur ki, bu rəqabət sağlam və sırf idman xarakterli olsun. Deyim ki, istər Girts Karlsonla, istərsə yeni futbolçumuz Enio Krastovçevlə isti dost münasibətlərimiz var. Meydanasa daha yaxşı formada olan hücumçu çıxır və bu, yalnız komandanın xeyrinə işləyir. 

- Ötən mövsümdə komanda imkanlarından zəif çıxış edirdi. Hücumçular az qol vururdular. Bu vəziyyət cari mövsümdə təkrarlanmayacaq ki? 
- Bu təkcə hücumçuların problemi deyil. Hamı xatırlayır ki, Girts Karlsons Birlik Kubokunun bombardiri olmuşdu. Düşünürəm ki, bu, ümumkomanda problemidir. Lakin bu mövsümdə daha oturuşmuş heyətimiz var və həmin mənfi vəziyyət arxada qaldı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail