"İmarət"dən "Neftçi"yə sərt cavab

28.05.2015 | 3584 dəfə oxunub

"Qarabağ"ın "İmarət" fan-klubu "Neftçi" rəsmisi Çingiz Həsənovun sosial şəbəkədə yaydığı statusa cavab verib. Stadium.Az sizi ağdamlıların yaydığı həmin bəyanatla tanış edir:

"Bu gün idman medyası "Neftçi" rəsmisinin "Qarabağ"ı təhqir etdiyini yazıb. Belə ki, klubun mətbuat xidmətinin əməkdaşı olan Çingiz Həsənovun sosial şəbəkədə komandanın zədəli futbolçusu Flavinyoyla çəkdirdiyi şəkili paylaşaraq xoşagəlməz ifadələr işlətdiyini deyirlər:

“Kapitan Flavinyo zədəsini sağaltmağa və finalda bir... komandanın "da...nı dağıtmağa" söz verib”.

Bilmirəm jurnalistlər Çingizin "Qarabağ"ı nəzərdə tutduğu məntiqinə necə gəliblər. Çünki son illərdə, "Neftçi"nin "Qarabağ"la oyunlarda aldığı ən yaxşı nəticə heç-heçədir. Üstəlik, "Qarabağ"ın sərgilədiyi futbol və nəticəsi olaraq qazanılmış çempionluğu, təbii ki, "Neftçi"nin sınıq-salxaq dördüncülüyünü xeyli qabaqlayır. Bir tərəfdən də bilirik ki, "Neftçi" də vəziyyət yaxşı deyil. Yəni, final oyununda "Qarabağ"a təzyiq göstərə biləcək əməlli-başlı futbolçusu çox azdır. Ümidləri qalıb sınmış Flavinyoya. Flavinyo isə "Qarabağ"a qarşı axırıncı dəfə Quzanlı qəsəbə stadionunda keçirilmiş oyunda normal oyun sərgiləyib. İndi Anar Salmanov da yoxdur ki, Flavinyo başı gicəllənib yerə yıxıla, Anar da gözün yumub, əlini 11 metrəliyə uzada. İndi çox şey yoxdur və "Neftçi" də dağılmağa davam edən çox şey var. Flavinyodan da uğur gözləməyə dəyməz. Yəqin Flavinyo da ümidləri doğrulda bilməyəcəyi üçün "Neftçi"nin Çingiz deyən yerini dağıdacaq.

Çingiz buna görə ad çəkə bilməyib və komandanın adının yerinə nöqtələr qoyub. Yəqin Çingizin ... yoxdur, komandanın adını çəkməyə. Və yəqin ki, onu dağıdıblar.

Gözəl Çingiz, biz heç nəyi dağıtmırıq, dağıdılanları düzəldirik. Sənin də ağzından dağıtdığın ... düzəltməyə çalışdıq. Dağılmış da...na da baxarıq..

3 iyunda Qəbələdə!"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail