"Neftçi"də şok olay. Legioner futbolçu yerlini kəlləylə vurub yerə sərdi - ÖZƏL
12.06.2015 | 9935 dəfə oxunub
Qəbələdə keçirilən ölkə kubokunun finalında “Qarabağ”a
3:1 hesabıyla uduzan “Neftçi”nin düşərgəsində elə bu matçda şok olaylar
yaşanıb. Stadium.az-a daxil olan məlumata görə, fasiləyə 2 cavabsız qolla üstün yollanan “Neftçi”li
futbolçular arasında gərginlik yaşanıb. Belə ki, komanda üzvləri fasilədə gərgin
olublar. Elə bu məqamda komandanın braziliyalı müdafiəçisi Karlos Kardoso Məqsəd
İsyaevi təhqir edib. Bunu görən komandanın digər Üzvü Araz Abdullayev isə
Kardosoya belə hərəkət etməməsini deyib. Arazın etirazına kəskin reaksiya verən
Karlos Arazın yanına gələrək onu başla vurub. Kardosonun kəllə zərbəsinə ayaqda
dayana bilməyən Abdullayev arxası üstə yerə sərilib. Maraqlıdır ki, Kardosonun
Arazı vurub yerə yıxmasına komanda üzvlərindən, rəhbərlikdən və məşqçilər
korpusundan heç kim reaksiya verməyib. Məhz bundan sonra özünə gələ bilməyən
Araz ikinci hissədə də meyana moralsız çıxıb. İlk hissədə olduqca yaxşı oyun sərgiləyən
Araz ikinci hissədə heç cür özünə gələ bilmədi. Məhz Karlosun onu vurmasından
sonra Araz oyununu itirdi. Buna görə də komandanın baş məşqçisi Arif Əsəsdov
Araz Abdullayevi oyunun 72-ci dəqiqəsində Ernest Nforla əvəzlədi. Ən
maraqlısı isə Kardosonun Arazı vurmasına klubda heç kim reaksiya verməyib. Heç
nə olmayıbmış kimi!