"Neftçi"nin məşqçisi istefa verdi

14.09.2011 | 5844 dəfə oxunub

“Neftçi” klubunda növbəti istefa reallaşıb. Stadium.az xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak əsas komandadan ayrılıb. 
Böyükağa Hacıyevin baş məşqçi postuna gəlişindən sonra onsuz da bir iş görməyən türkiyəli mütəxəssis klub prezidenti Sadıq Sadıqovla görüşüb. Görüş zamanı rəhbərlik Akın ayrılmaq istəyini qəbul edib. Bununla belə, Ak “ağ-qaralar”ın aşağı yaş qrupları üzrə komandalarına nəzarət edəcək. O, yeni işinin icrasına yaxın günlərdə başlayacaq. 
Böyükağa Hacıyev komandaya özü ilə 2 məşqçi gətirib. Ona “Neftçi” klubunun sabiq futbolçuları Tərlan Əhmədov, Kamal Quliyev və Bəxtiyar Musayev kömək edirlər. 
Komandada qapıçılarla işləyən məşqçi funksiyasını isə serbiyali Neboyşa Draqan Manoyloviç yerinə yetirir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail