Samir Əliyev makedoniyalı qapıçının "Neftçi"dəki taleyinə aydınlıq gətirdi

27.06.2015 | 5095 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Samir Əliyev komandanın düşərgəsinə baxışa dəvət olunmuş makedoniyalı qapıçı Martin Boqatinovdan danışıb. Stadium.az xəbər verir ki, açıqlamasında o, bunları söyləyib:

"Kukesi" ilə yoxlama oyununun birinci hissəsində Aqil Məmmədov, ikinci yarıda isə Martin Boqatinov qapıda durmuşdu. Fasilədən sonra heyətdə çoxlu dəyişiklik etdik. Qapımıza çoxlu zərbə endirdiklərini deməzdim. Qolları isə öz səhvlərimizdən buraxdıq. Birinci hissədə çox yaxşı oynadıq. Bütün uşaqları yoxlamağa çalışdıq. Avropa Liqasında elə olmayacaq. Komplekləşmiş heyətlə mübarizə aparacağıq. Allah eləsin ki, Avroliqada tam fərqli "Neftçi" görək. Daha çox vaxtımız olsaydı, yaxşı olardı. Mümkündür ki, Donetsk "Şaxtyor"u ilə oyunda Boqatinovu yenidən yoxladıq. Hazırda Aqilin daha yaxşı vəziyyətdə olduğunu düşünürəm. "Kukesi" ilə oyunda da qapısını yaxşı qorudu". (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail