Samir Əliyev: "Hər şeyi oyun göstərəcək"

09.07.2015 | 4389 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Samir Əliyevin Avropa Liqasının I təsnifat mərhələsinin “Mlodost”la cavab oyunundan qabaq saytımıza müsahibə verib.  

- “Mladost”la cavab oyunu barədə nə düşünürsüz?

- Cavab oyununa yaxşı hazırlaşdığımızı düşünürəm və yaxşı nəticəyə ümidliyik. Təbii ki, evdə 2:2 hesablı nəticə bizi yaxşı vəziyyətdə saxlamır. Evdə iki qol buraxmışıq. Bunun əvəzini çıxmaq üçün qol buraxmadan qol vurmalıyıq. Bütün fikrimivi, diqqətimizi ancaq buna yönəltmişik. Təbii ki, səfərdə oynamağımız bizim üçün əlavə çətinlikdir. “Mladost” səfərdən yaxşı nəticəylə qayıdıb. İndi onların da əsas diqqəti qol buraxmamağa olacaq. Çünki hesab və üstünlük onların tərəfindədir. Ancaq bizdə Monteneqroya turu keçmək üçün gəlmişik. Əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edəcək. Ancaq hər şeyi oyun göstərəcək.

- Start heyətini müəyyənləşdirmisiz?

- Bəli, start heyəti artıq bəllidir. Böyük ehtimalla, ilk oyunla müqayisədə sadəcə bir dəyişiklik olsun. Bunu da oyunda görəcəksiz. Əlimizdə geniş heyət yoxdur. Olanlardan da maksimum istifadə etməyə çalışırıq. Kaue bu oyunda meydanda olacaq. Bu isə bizim üçün üstünlükdür. Birdə ola bilsin ki, futbolçuların mövqelərində dəyişiklik etdik.

- İlk oyundan sonra rəqibi necə analiz etmisiz?

- Həm öz oyunumuzu, həm də rəqibin oyununu təhlil etmişik. Onlar Bakıda müdafiədən, konkret olaraq nəticəyə oynadılar. İndi bilmirik ki, doğma meydanda necə oynayacaqlar. Ancaq bizimdə bu oyun üçün planımız var. Çalışacağıq ki, qurduğumuz plana uyğun hərəkət edək. Çalışacağıq ki, öz taktiki sistemimizi həyata keçirək və uğur əldə edək.

- Konkret olaraq turu keçməyə söz verirsiz?

- Bütün fikrimizi zatən buna yönəltmişik. Siz də bilirsiz ki, futbol gözlənilməz nəticələrlə dolu olur. Ən zəif rəqibə qarşı oynayanda belə əvvəldən nəsə söyləmək olmur. Bircə onu deyim ki, Monteneqroya turu keçmək üçün gəlmişik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail