"Qarabağ" hücumçu alacağını rəsmən təsdiqlədi

13.07.2015 | 3738 dəfə oxunub

"Qarabağ" yeni hücumçu almağa hazırlaşır. Stadium.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov "Futbol+" qəzetinə müsahibəsində deyib.

Hollandiyalı hücumçu Raydell Puponla maraqlandıqları xəbərini təsdiqləyən təcrübəli mütəxəssis bildirib ki, alacaqları yeni hücumçunun başqa ölkədən də olması mümkündür: "Çox ölkənin futbolçusu ilə maraqlanırıq. Maraqlandığımız oyunçular sırasında holland da, belçikalı da, fransız da var (gülür). Hətta başqa ölkələrin də adını çəkə bilərəm".

Qurbanov vurğulayıb ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Rudar"la oyuna qədər böyük ehtimalla transfer etməyə çatdırmayacaqlar: "Razılıq əldə olunsa belə, onun oynamaq ehtimalı sıfırdır. Çünki yeni transferimiz kim olacaqsa, gələndə hansı formada olacağını deyə bilmərik. Komanda ilə birlikdə hazırlıqda iştirak etməyib, yoxlama oyunlarında meydanda olmayıb".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail