Tahir Gözəl "Rudar"la oyundan danışdı

16.07.2015 | 3937 dəfə oxunub

"Hamımız rəqibin müdafiə futbolu oynadığının şahidi olduq.  Onlar möhtəşəm müdafiə oyunu sərgilədilər. Rəqib nə özü qol vurdu, nə də komandamızın fərqlənməsinə şərait yaratdı". 
 
Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la bərabərə qaldıqları ilk oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib. 

Tahir Gözəl rəqib komandanın Bakıya heç-heçə üçün gəldiyini bildirib: "Rəqib komanda Bakıya heç-heçə üçün gəlmişdi və istəklərinə nail oldular. "Qarabağ" oyunboyu rəqibi təzyiq altında saxladı. Cavab matçında qələbə qazanmağa çalışacağıq. Futbolçularda həyəcan olmasına baxmayaraq, yaxşı oyun nümayiş etdirdilər. Dörd yeni transferimizin ilk oyunu idi. Məncə, növbəti oyunda yeni transferlərimiz komandaya daha yaxşı uyğunlaşacaq. 

Onlardan nəsə gözləmək hələ tezdir. Yeni oyunçularımıza bir qədər zaman verməliyik. Rəqibin cavab görüşündə fərqli oyun sərgiləcəyini güman edirəm. Onlar bizə qol vurmağa çalışacaq. Bu səbəbdən cavab matçı daha çətin və maraqlı olacaq. Mən bir klub rəhbəri kimi öz oyunçularıma inanıram. Bir daha anladıq ki, futbolda asan rəqib yoxdur. Avrokubok oyunları həqiqətən də çətin keçir. Matçdan sonra futbolçularıma dedim ki, sizə inanıram, gedin, qələbə qazanın və Azərbaycanı, 1 milyon qaçqınımızı sevindirin".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail