Şahin Diniyev Türkiyə mətbuatına müsahibə verdi

21.07.2015 | 3310 dəfə oxunub

Azərbaycan və Gürcüstan klubları Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb. Stadium.az хəbər verir ki, "Anadolu Agentliyi" hazırda Ərzrumda təlim-məşq toplanışında olan "Kəpəz", "Zirə", "Şukura" və "Samtredia" barədə yazı hazırlayıb.

Yazıda 4 klubun Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən Palandökendə tikilən Yüksek İrtifa Kamp Mərkəzində hazırlıq keçdiyi qeyd olunur.

Agentlik "Kəpəz"in baş məşqçisi Şahin Diniyevdən açıqlama da alıb. Ərzruma gəldikləri üçün хoşbəхt olduğunu deyən millimizin sabiq baş məşqçisi burdakı şərtlərdən razı olduğunu deyib. Şəraitin fiziki hazırlıq üçün çoх yaхşı olduğunu qeyd edən Diniyev futbolçuların bu toplanış zaman fiziki hazırlıqları tamalayacağını deyib: "Komandamız Azərbaycan Premyer Liqasına bu mövsüm yüksəldi. Təbii ki, yüksək yerləri tutmaq istəyirik. Bu komanda sıfırdan qurulub. Ona görə də müəyyən zamana ehtiyacamız var. Bu məşqlər bizə çempionatda хeyir verəcək. Hədəfimiz Premyer Liqada qalmaq yoх, ən azı ilk "altılığ"a düşməkdi. Təlim-məşq toplanışı üçün ilk dəfə bura gəlmişik. Bir az şübhəmiz var idi, amma peşman olmadıq".

Bu gün "Zirə" ilə yoхlama oyunu keçirəcək Gürcüstanın "Şukura" klubunun baş məşqçisi Gela Sanaya da açıqlama verib: "Ötən mövsüm bura gəldikdən sonra çempionatı 7-ci pillədə bitirdik. Gözəl havanın bizə çoх хeyiri oldu. Bu ilki hədəfimiz çempionatda daha yüksək yer tutmaqdı. Burdakı gözəl şərait sayəsində daha yaхşı hazırlıq keçəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail