Gəncə şəhər stadionunu sökürlər FOTOLAR
Gəncə şəhər stadionunda son 3-4 gündə təmizlik işləri aparılır. Stadium.az xəbər verir ki, tribunalarda sıradan çıxmış plastk oturacaqlar sökülür, yay mövsümünə uyğun olaraq stadionun ərazisində alaq otları biçilir, yaşıllıqlar suvarılır. “Kəpəz”in Müşahidə Şurasının qərarına əsasən, komandanın ev oyunlarının məhz bu arenada keçirilməsi nəzərdə tutulur və Gəncə şəhər rəhbərliyi də bu işdə kluba yaxından dəstək verir. İdman qurğusunda görülən işlərə rəhbərlik edən iş icraçısı Xəqani Səfərov klubun mətbuat xidmətinə açıqlamasında bunları deyib: “Stadion uzun illər baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşüb. Şəhər rəhbərliyi tərəfindən ərazinin abadlaşdırılması üçün müvafiq tapşırıqlar verilib. Gecəli-gündüzlü bu işlərlə məşğuluq, iməclik keçiririk. Şəhər ictimaiyyəti aparılan işlərdə fəallıq göstərir. Gəncə şəhər stadionu əvvəllər ölkənin sayılıb-seçilən ikinci arenası olub. Hər bir gəncəlinin arzusu “Kəpəz”in tezliklə ayaqüstə qalxması və azarkeşləri qələbələrlə sevindirməsidir. Şəhər stadionu yenidən qurulacaq, tamaşaçılar sevimli komandamızın davamlı uğurlarına buradan şahidlik edəcəklər.” 25 min tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunun yarıməsrlik tarixi var. Ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verilən arena "Dinamo" Kirovabadın 1967-ci ildə SSRİ çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb. |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |