"Eşidirəm ki, bizim uğursuz çıxış etməyimizə səbəb kimi yeni futbolçuların yaxşı çıxış etməməsi səbəb göstərilir"

10.08.2015 | 3738 dəfə oxunub

Ansi Aqolli: “Qarabağ” bu oyunla Avroliqanın qrupunda oynayacaq”

 

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Premyer Liqanın 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. O, açıqlamasında öncə bunları söyləyib:

"Qəbələ" ilə oyuna yaxşıhazırlaşmışıq. Çempionata uğurlu start verməyi çox istəyirik. Bu oyunda qazanacağımız uğur bizim İsveçrənin "Yanq Boyz" klubu ilə Avropa Liqası matçına daha yaxşı hazırlaşmağımıza da kömək edəcək".

 

Aqolli Avroliqanın pley-off mərhələsində onlara rəqib olan İsveçrə klubu barədə də danışıb: "Mən iki il İsveçrə çempionatında çıxış etmişəm. "Yanq Boyz"un güclü klub olduğunu deyə bilərəm. Amma bizim hədəfimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün də əlimizdən gələni etməliyik. Şanslar barədə yalnız bir söz deyə bilərəm: hər iki klubun şansı bərabərdir".

 

Albaniyalı müdafiəçi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubunu keçə bilməmələrinə də toxunub: "Biz əksər komponentlərdə rəqibdən daha yaxşı idik. Qol vurmaq üçün də hər şeyi etdik. Amma mənə elə gəlir ki, bu komanda ilə oyunlarda uğur bizim tərəfimizdə deyildi. Rəqibimiz də çox güclü komanda idi".

Aqolli komandaya yeni qoşulan futbolçuların çıxışından və həmin oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonundan da söz açıb: "Mən qazonun bizim oyunumuza necə təsir etməsindən danışmaq istəmirəm. Eşidirəm ki, bizim uğursuz çıxış etməyimizə səbəb kimi yeni futbolçuların yaxşı çıxış etməməsi səbəb göstərilir. Amma mənə elə gəlir ki, yeni futbolçularımız yaxşı çıxış etdilər. Qələbə qazanacağımız halda heç kim onların barəsində bu fikirləri səsləndirməyəcəkdi. Mən bir daha qeyd etmək istəyərdim ki, qələbə qazanmağı, mərhələ adlamağı çox istəyirdik, yaxşı da oynadıq. Sadəcə, alınmadı. Biz bu oyunla Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağıq". (azerisport)



  #1   Adınız: Samidov Subhan;   E-mail: [email protected]

14.08.2015 21:37

Buna ne menim nedeki Qarabag azarkeslerinin subhesi var.Teze
transferler hele hec bir is gormurler.
Efran Ismayilov Cavid Tagiyev Cosqun diniyev

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail