“Qəbələ” - “Kəpəz” - Statistika nə deyir?

23.08.2015 | 4576 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turunun bu gün keçiriləcək oyununda “Qəbələ” “Kəpəz”lə qarşılaşacaq. 

Stadium.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilədən öncə baş tutacaq qarşılaşma rəqiblərin 9-cu dueli olacaq. 

“Qırmızı-qaralar” indiyədək 8 dəfə Gəncə təmsilçisi ilə üz-üzə gəlib. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində keçirilib. Bu oyunlar 3 mövsümə təsadüf edib. 2010-cu il oktyabrın 31-də rəqiblər arasında ilk qarşılaşma baş tutub. Həmin oyunda qalib müəyyənləşməyib – 0:0. 

Ümumiyyətlə, 2010/11 mövsümündə komandalar 4 dəfə üz-üzə gəlib və bütün matçlar heç-heçə nəticələnib. Yalnız mövsümün 3-cü duelində - 7-12-ci yerlər uğrunda qarşılaşmada qol qeydə alınıb – 1:1. Digər 3 oyunda 0:0 hesabına təsadüf olunub. Qəbələdə vurulan ilk qolun müəllifi qonaqların qapısına yol tapan Murad Hüseynov olub. İlk 4 oyunda “Gəncə” adı altında çıxış edən rəqib sonradan “Kəpəz” adını qaytarıb. 

2011/12 və 2012/13 mövsümlərinin hərəsində iki dəfə “Qəbələ” ilə “Kəpəz” qarşılaşıb. Bu 4 oyunun hamısında meydan sahibi olan komanda qalib gəlib. Ümumilikdə rəqiblərin hərəsinin iki qələbə qazandığı duellərdə 4 bərabərlik qeydə alınıb. Top fərqində “qırmızı-qaralar” üstündür – 7:5. Bu 12 qola ümumilikdə 11 futbolçu imza atıb. Yalnız gəncəlilərin braziliyalı hücumçusu Junivan Suares 2 dəfə fərqlənib. “Qəbələ” evdə keçirdiyi 4 oyundan ilk ikisində heç-heçə edibsə, sonrakı qarşılaşmalarda eyni hesabla qalib gəlib – 2:0. "Qəbələ"nin son 3 ev oyununda 2 qol vurulub. Məhz “Qəbələ”nin meydan sahibi olduğu qarşılaşma rəqiblərin son dueli olub. Həmin matçdan 1007 gün sonra rəqiblər yenidən üz-üzə gələcək. (klub saytı)


2010/11. Premyer Liqa
31.10.2010. “Gəncə” – “Qəbələ” - 0:0

2010/11. Premyer Liqa
27.02.2011. “Qəbələ” – “Gəncə” - 0:0

2010/11. Premyer Liqa
02.04.2011. “Qəbələ” – “Gəncə” - 1:1
Murad Hüseynov, 26 // Junivan Suares, 56

2010/11. Premyer Liqa
12.05.2011. “Gəncə” – “Qəbələ” - 0:0

2011/12. Premyer Liqa
16.10.2011. “Qəbələ” – “Kəpəz” (Gəncə) - 2:0
Deon Barton, 41; Dodo, 53

2011/12. Premyer Liqa
07.03.2012. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 3:2
Sabir Allahquliyev, 72; Yuri Fomenko, 75; Junivan Suares, 87 // Lyuba Baranin, 32; Yannik Kamanan, 85

2012/13. Premyer Liqa
15.09.2012. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 1:0
Bəxtiyar Soltanov, 41 

2012/13. Premyer Liqa
19.11.2012. “Qəbələ” – “Kəpəz” (Gəncə) - 2:0
Viktor Mendi, 61; Rəşad Abdullayev, 66 (p.)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail