“Qəbələ” Avropa Liqasının təsnifat mərhələsində RƏQƏMLƏRLƏ

11.09.2015 | 2888 dəfə oxunub

“Qəbələ” Avropa Liqasının təsnifat mərhələsində müsbət saldoya malik olub. Stadium.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri keçirdiyi 8 oyundan 3-də qalib gəlib (2:0, 2:0, 1:0), 3-də heç-heçə edib (1:1, 0:0, 2:2), 2-də uduzub (1:2, 0:1). Topların fərqi 9-6 “qırmızı-qaralar”ın xeyrinədir. Komanda 2015/16 mövsümündə UEFA-nın reytinqində Azərbaycana ən çox (1,125) xal qazandıran təmsilçimiz olub. “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan digər təmsilçimiz “Qarabağ”dan (1 xal) da çox xal toplayıb.


29 futbolçudan 18-i

Qriqorçuk təsnifat mərhələsində 18 futbolçunun xidmətindən istifadə edib. Bunlardan 7-si yerli, 11-i əcnəbi olub. Komandanın UEFA-ya göndərdiyi iştirak ərizəsində, B siyahısında yer alan və yaşı 21-dək olan gənc yetirmələri də nəzərə alsaq, 29 oyunçunun adı göstərilib. Onlardan isə yalnız Elvin Camalov, o da son oyunda, 4 dəqiqə meydanda olub. Qalan 6 futbolçu - qapıçı Süleyman Süleymanov, müdafiəçilər Sahil Mirzəyevlə Murad Musayev, yarımmüdafiəçilər Emin Zamanov, Qismət Əliyev və Roman Hüseynov təsnifat mərhələsi matçlarında oynamayıblar.


Yay transferlərindən qapıçı Andrey Popoviçlə müdafiəçi Məhəmməd Mirzəbəyov, habelə, 1 illik fasilədən sonra komandaya dönən polşalı qolkiper David Petrkeviç də hələ ki, turnirdə meydana çıxmayıblar. Qapıçı Anar Nəzirovla müdafiəçi Ruslan Əmircanov sifariş olunsalar da, sonradan “Qəbələ”dən getdiklərindən adları iştirak ərizəsindən çıxarılıb.


Bezotosnı nümunəsi

Göründüyü kimi, ukraynalı baş məşqçi təsnifat mərhələsində oyunun protokoluna daxil edilə biləcək sayda futbolçudan yararlanıb. Roman İosifoviç yalnız 1 qapıçının - Dmitri Bezotosnının xidmətindən istifadə edib. Onunla həmyerlisi Aleksey Qay Qriqorçukun təsnifat mərhələsi oyunlarında ən çox güvəndiyi futbolçulardır. Əslində, 7 futbolçu bütün 8 matçda iştirak edib. Sadəcə, Sergey Zenyov, Aleksey Antonov, Rəşad Sadiqov, Dodo və Arif Daşdəmirovdan fərqli olaraq, Bezotosnıyla Qay bütün oyunları əvəzolunmadan keçiriblər.


Dmitri ev oyunlarında qoruduğu “çərçivə”ni toxunulmaz saxlamaqla, “Qəbələ”ni bu göstəricidə rekordçular sırasına daxil edib. Bezotosnının buraxdığı 6 top səfər matçlarına təsadüf edib. Təcrübəli qapıçı təkcə inamlı çıxışı ilə deyil, vərəqə almayaraq intizamlı futbolçu kimi də nümunə olub.


5 futbolçudan 9 qol

Vərəqədən söz düşmüşkən, təsnifat mərhələsində “Qəbələ”nin 9 futbolçusuna, ümumilikdə, 23 sarı vərəqə göstərilib. Onlardan Rafael Santos, Cavid Hüseynov, Vitali Vernidub və George Floresku vərəqə limitini aşdıqlarına görə cəzalı duruma düşüblər. Ürfan Abbasov isə yeganə qırmızı vərəqə alan futbolçu olub. UEFA Ürfana aldığı birbaşa qırmızı vərəqəyə görə 3 oyunluq cəza verdiyindən, gənc müdafiəçi qrup mərhələsinin ilk turunda PAOK-la ev matçını da buraxmalı olacaq. Təsnifat mərhələsindəki bütün sarı vərəqələr ləğv olunduğundan, futbolçular qrupda mübarizəyə “sarı”sız başlayacaqlar.


“Qırmızı-qaralar”ın təsnifat mərhələsində vurduğu 9 qol 5 futbolçunun hesabındadır. Bombardir kapitan Cavid Hüseynovun (3 qol) ən yaxın izləyiciləri Sergey Zenyovla Dododur. Özü də bu 2 legioner dubl müəllifi olublar. Zenyov “Çukariçki”ylə ev, Dodo “Panatinaikos”la səfər matçında 2 dəfə rəqib qapısına yol tapıb.


Asifdən diqqətçəkən göstərici

“Qəbələ”nin vurduğu penaltilər “Apollon”la matçlara təsadüf edib. Hər 2 halda Cavid zərbəni dəqiq yerinə yetirib. Komandanın qapısına 11 metrlik cərimə zərbəsi isə Belqradda təyin olunub və “Çukariçki” məhz həmin qolla qalib gəlib. Qol vuran digər 2 futbolçu Asif Məmmədovla Aleksey Antonovdur. Onlar təsnifat mərhələsində Qəbələdəki yeganə oyunda – Tiflis “Dinamo”suyla görüşdə fərqləniblər. Asif 3 oyunda cəmi 11 dəqiqə meydanda olsa da, qol vura bilməsiylə diqqət çəkir. Özü də o, avrokuboklarda Qəbələdə ilk qolunn müəllifi kimi tarixə düşüb. Hüseynov isə “Qəbələ”nin qitəmiqyaslı turnirlədə ilk qolunu vurub və bu tarixi olay cari mövsümdə Tiflisdə gerçəkləşib. (Qəbələ İK)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail