"Qəbələ" yeni rekorda doğru

11.09.2015 | 2647 dəfə oxunub

Milli komandamızın "Avro-2016"nın seçmə mərhələsində rəsmi oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə başa çatır. 

Stadium.az xəbər verir ki, "Qəbələ" geridə qalan 3 turun yekunlarına əsasən cari mövsümə uğurlu start verməsi ilə diqqət çəkib. 

Ən uğurlu start
 
"Qırmızı-qaralar" fasiləyə şərikli lider kimi yollanmışdı. Sadəcə, "Qarabağ“ "Qəbələ”ni top fərqində deyil, çox qol vurduğuna görə turnir cədvəlində qabaqlayıb. “Qəbələ”nin hər 3 turda meydanı qolsuz tərk etməməsi də diqqət çəkir. 3 turda 7 xal qazanaraq lider mövqeyə yüksəlməsi “Qəbələ”nin tarixində ən uğurlu startdır.
 
Hətta “qırmızı-qaralar” üçün ən yaxşı mövsümlər olan ötən 2 çempionatda da başlanğıc bu qədər uğurlu olmayıb. Komanda yalnız bu mövsüm ilk 3 turda məğlub olmayıb. 10 mövsümdə ilk 3 turdan sonra nəticələr aşağıdakı kimi olub:
 
2006/07 – 1 xal
2007/08 – 6 xal
2008/09 – 6 xal
2009/10 – 4 xal
2010/11 – 0 xal
2011/12 – 5 xal
2012/13 – 4 xal
2013/14 – 6 xal
2014/15 – 6 xal
2015/16 – 7 xal
 
Zets - qol vuran ilk bosniyalı
 
Çempionatın başlanğıcında vurulmuş 5 qoldan 4-ü yenilərin payına düşür. Hücumçular - Sergey Zenyov, Aleksey Antonov və Ermin Zets artıq milli çempionatımızda qol hesabını açıblar. Samir Zərgərov “Qəbələ”yə 6 ildən sonra qayıdışını çempionatda ilk oyununda qolla qeyd edib. Bununla da 29 yaşlı futbolçu komandasının heyətində 11-ci dəfə fərqlənib. Aleksey Qay isə “Qəbələ”də 5-ci qolunu vurub. Təcrübəli futbolçu həm də ilk dəfə penaltidən rəqib qapısına yol tapıb.
 
Zets “Qəbələ”də qol hesabını Qəbələdə keçirdiyi ilk oyununda açıb. Yeri gəlmişkən, o, 5-ci matçında (3-ü Avropa Liqası, 2-si çempionat) fərqlənib. Ermin həmyerlisi Miliya Slobodan Jijiçdən (2008/09 mövsümü) sonra “Qəbələ”də çıxış edən 2-ci bosniyalı futbolçudur. “Qırmızı-qaralar”ın heyətində 15 matç keçirən Jijiç fərqlənə bilmədiyindən, Zets “Qəbələ” tarixinə qol vuran ilk bosniyalı futbolçu kimi düşüb.
 
1 oyunla 2 seriyaya davam
 
"Qəbələ" “Kəpəz”lə matçda 2 seriyasını davam etdirib. Əvvəla, “Qəbələ” Gəncə təmsilçisiylə ev oyunlarında uduzmur və ardıcıl 3-cü qələbəsini qazanıb. Həm də komanda tarixi rekordunu - çempionatda 16 oyunluq məğlubiyyətsiz seriyanı təkrarlayıb. Daha öncəki rekord 2011-ci ildə qeydə alınmışdı. Uğurlu seriya bu il fevralın 19-da evdə “Xəzər Lənkəran” üzərində qazanılan qələbə ilə başlanıb. “Qəbələ” sentyabrın 13-də “İnter”lə səfər matçında da uduzmazsa, 10 illik tarixində yeni rekorda imza atacaq.
 
"Qəbələ" İK qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail